Xəstəliklər
Gecələri ortaya çıxır:
Xəstəliklər
313

Gecələri ortaya çıxır: Şəkərli diabetin səbəbi ola bilər

Şəkərli diabet xəstələrinin gecə saatlarında yaşadığı qan şəkəri dalğalanmaları onların yuxu keyfiyyətinə və ümumi həyatına ciddi mənfi təsir göstərə bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bu vəziyyətin tez-tez rast gəlindiyini və diqqətdən yayınmamalı olduğunu bildirirlər.

Gecə hipoqlikemiyası nədir?

Əgər yuxu zamanı qan şəkəri səviyyəsi 70 mq/dL-dən aşağı düşərsə, bu vəziyyət “gecə hipoqlikemiyası” adlanır. Bu, xüsusilə insulin istifadə edən və ya qan şəkərini aşağı salan dərmanlar qəbul edən diabet xəstələrində müşahidə olunur.

Əlamətlərə diqqət yetirin

Gecə qan şəkəri düşdükdə bədəndə tərləmə, kabus görmə, titrəmə, sürətli ürək döyüntüsü, səhər oyananda yorğunluq, aclıq hissi və ürəkbulanma kimi əlamətlər ortaya çıxa bilər. Bu simptomlar yuxunun keyfiyyətini aşağı salır və gündəlik fəaliyyətlərə mənfi təsir edir.

Hiperqlikemiya da problem yarada bilər

Diabet xəstələri yalnız aşağı qan şəkəri ilə deyil, yüksək qan şəkəri (hiperglisemiya) ilə də üzləşə bilərlər. Gecə hiperglikemiyası zamanı tez-tez sidiyə çıxma, ağız quruluğu, baş ağrısı, bulanıq görmə və narahat yuxu kimi şikayətlər müşahidə edilir. Bu vəziyyətin əsas səbəblərindən biri “sübh fenomeni” adlanan və orqanizmin səhər saatlarında daha çox şəkər ifraz etməsidir.

Niyə vacibdir?

Gecə qan şəkərindəki dəyişikliklər yalnız yuxunu pozmur, həm də gün ərzində yorğunluq, diqqət dağınıqlığı və bəzi hallarda həyati təhlükə yarada bilər. Buna görə də mütəmadi olaraq qan şəkərinin ölçülməsi və müşahidə edilməsi vacibdir.

Mütəxəssislərin tövsiyələri

Yatmazdan əvvəl və gecə qan şəkərinizi ölçün.

Karbohidratlarla zəngin ağır yeməklərdən uzaq durun.

Dərmanlarınızı həkimin göstərişinə əsasən qəbul edin.

Tez təsir edən şəkər mənbələrini (meyvə suyu, qlükoza tabletləri) əlinizin altında saxlayın.

Keyfiyyətli və davamlı yuxu vərdişi formalaşdırın.

Gecə simptomlar tez-tez təkrarlanarsa, mütləq həkimə müraciət edin.

Erkən diaqnoz və düzgün yanaşma şəkərli diabetin gecə təsirlərini azaldaraq xəstələrin həyat keyfiyyətini artırır. Gecə narahatlıq yaşayan diabet xəstələri bu əlamətləri ciddiyə almalı və vaxtında tibbi yardım almalıdırlar.

Qeyd: Bu yazı yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyil. Sağlamlıqla bağlı suallarınız üçün mütləq həkiminizlə məsləhətləşin.

Tərcümə: Könül Oruc

 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun