Klinik psixiatriya mütəxəssisləri vurğulayırlar ki, davamlı böhtan xarakterli davranış özlüyündə “xəstəlik” kimi müəyyən edilmir, lakin çox vaxt “pseudologia fantastica” (patoloji yalan) və əsas şəxsiyyət pozğunluqları ilə əlaqəli simptomlar nümayiş etdirir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər vurğulayırlar ki, daimi böhtan xarakterli davranışlar “xəstəlik” sayılmır, lakin çox vaxt ciddi psixi sağlamlıq probleminin əlaməti kimi qəbul edilməlidir.
Klinik psixiatriya ədəbiyyatında "pseudologia fantastica" və ya "patoloji yalan" olaraq təyin olunan bu vəziyyət tarixən 19-cu əsrdə mifomaniya kimi tanınmağa başladı.
DSM-5-də ayrıca diaqnostik kateqoriya olmasa da, tez-tez narsisistik, antisosial və histrionik şəxsiyyət pozğunluqları ilə əlaqələndirilir.
Böhtan tez-tez antisosial şəxsiyyət pozğunluğu diaqnozu qoyulmuş şəxslər tərəfindən başqalarını manipulyasiya etmək və üstünlük əldə etmək üçün istifadə olunur.
Narsist insanlar isə özlərinə hörmətlərini təmin etmək üçün başqalarının reputasiyasına xələl gətirən yalan hekayələr yaratmaqdan çəkinmirlər. Histrionik və uydurma pozğunluqlarda diqqəti cəlb etmək və qurban obrazı yaratmaq ehtiyacı yalanın dozasını artıra bilər.
Son neyrobioloji tədqiqatlar göstərir ki, frontal lob disfunksiyası impuls nəzarətini zəiflədə bilər və impulsiv şəkildə böhtan atmağa meyllidir.
Erkən uşaqlıq dövründə yaşanan travma və xroniki laqeydliyin də fərdin manipulyasiya strategiyalarının inkişafında təsirli olduğu ifadə edilir.
Məhkəmə psixiatriyasında patoloji yalan və böhtan şahidin məhkəmədə etibarını sarsıdır, qanuni qərarlarda səhv diaqnoz və ədalətsiz məhkumluq riskini artırır. Mütəxəssislər, davamlı olaraq böhtan xarakterli davranışlar nümayiş etdirən insanların hərtərəfli psixiatrik müayinədən keçməsinin vacibliyini vurğulayırlar.
Bildirilir ki, müalicə prosesində koqnitiv-davranışçı terapiya ilə yalan danışma dövrü qırıla, lazım gələrsə, impuls nəzarəti dərmanlarla dəstəklənə bilər. Həmçinin vurğulanır ki, ailə və ekoloji təlim qurbanla mütəxəssis arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən müalicə planlarının uğurunu artırır.
Tərcümə: Könül Oruc