Tibbi xəbərlər
Bu vərdişlər böyrək daşlarını
Tibbi xəbərlər
283

Bu vərdişlər böyrək daşlarını çağırır

Uroloq Prof. Dr. Ramazan Gökhan Atış böyrək daşı xəstəliyinə qarşı qoruyucu tədbirlərin əhəmiyyətini vurğulayıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, həyat tərzinin dəyişdirilməsi, balanslı qidalanma, aktiv həyat və ideal çəkidə qalmaq böyrək sağlamlığının qorunmasına müsbət təsir göstərir.

Xəstəxanadan verilən məlumata əsasən, böyrək daşı problemi ciddi ağrılara səbəb olaraq həyat keyfiyyətini aşağı salır və xüsusilə yay aylarında artan maye itkisi bu xəstəliyin yaranma riskini daha da artırır.

Prof. Dr. Atış bildirib ki, müasir müalicə üsulları sayəsində böyrək daşı problemi olan xəstələr həm daşlardan tez qurtula, həm də xəstəliyin təkrarlanmasının qarşısını ala bilirlər. O qeyd edib ki, Türkiyədə aparılan araşdırmalar əhalinin təxminən 12-13 faizində böyrək daşı olduğunu göstərir. Bu da ölkə üzrə 10 milyondan çox insanın bu problemlə qarşılaşdığını göstərir və böyrək daşı məsələsinin əhəmiyyətli bir sağlamlıq problemi olduğunu ortaya qoyur.

Yemək vərdişlərinin bu xəstəliyin yaranmasına birbaşa təsir etdiyini bildirən mütəxəssis, gündəlik maye istehlakının ən az 2,5 litr olması və bu miqdarın gün ərzində bərabər paylanmasının vacibliyini qeyd edib. Eyni zamanda, yeməklərə əlavə duzun əlavə edilməməsi və zülal istehlakının çəkiyə uyğun məhdudlaşdırılması tövsiyə edilir. Məsələn, 70 kiloqram çəkisi olan bir insan üçün gündə 70 qram zülal kifayət edir.

Prof. Dr. Atışın sözlərinə görə, hər böyrək daşı dərhal cərrahi müdaxilə tələb etmir. Əgər daş sidik axınına mane olmursa, infeksiyaya səbəb olmursa və ağrı yaratmırsa, adətən müalicə tələb olunmur. Lakin bu əlamətlərdən biri müşahidə olunarsa, müdaxilə qaçılmaz olur.

Hazırda istifadə olunan müasir müalicə üsulları arasında 2 santimetrdən kiçik daşlar üçün bədənə xaricdən göndərilən şok dalğaları (ESW) ilə müalicə üsulu yer alır. Əgər bu metod uyğun deyilsə, tam qapalı endoskopik üsullarla sidik yollarından daxil olaraq daşlar lazerlə toz halına salınır və həmin nahiyə tamamilə təmizlənir. Böyük daşlar üçün isə bel nahiyəsində cəmi 1 santimetrlik kiçik bir kəsik açılır və daş bu yolla çıxarılır.

Nəticə olaraq, Prof. Dr. Atış yalnız müalicənin deyil, profilaktik tədbirlərin də vacib olduğunu bildirib. O qeyd edib ki, daşın növünə görə tətbiq olunan dərman müalicələri və həyat tərzində edilən dəyişikliklər xəstəliyin təkrarlanmasının qarşısını almaqda mühüm rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun