Tibbi xəbərlər
Həkim qarın şişməsinə səbəb olan ölümcül xəstəliyi
Tibbi xəbərlər
405

Həkim qarın şişməsinə səbəb olan ölümcül xəstəliyi açıqlayıb

Xərçəng dünyada əsas ölüm səbəblərindən biri olsa da, gündəlik vərdişlərimizdə kiçik dəyişikliklərlə bu riski azaltmaq mümkündür.

E-saglam.az həyatınıza daxil edə biləcəyiniz 10 sadə addımı təqdim edir:

Buxur və şamlardan ehtiyatlı olun

Bəzi şam və buxurlar havaya zərərli hissəciklər buraxır. Təbii və qoxusuz məhsullara üstünlük verin, istifadə zamanı otağı havalandırın.

Günəş işığını laqeyd etməyin

Həftədə bir neçə dəfə 15–20 dəqiqə günəşdə qalmaq D vitamini səviyyəsini artırır və bəzi xərçəng növlərinin riskini azaldır.

Mətbəxi yaxşı havalandırın

Qızartma zamanı yaranan tüstü zərərli maddələr daşıyır. Bişirərkən pəncərəni açın və ya aspirator işə salın.

Kosmetik məhsulların tərkibini yoxlayın

Paraben kimi maddələr hormon tarazlığını poza bilər. Təbii və parabensiz məhsullara üstünlük verin.

Siqaret və alkoqoldan uzaq durun

Siqaret və spirt bir çox xərçəng növünün əsas səbəbidir. Bu vərdişləri tərgitmək riskləri əhəmiyyətli dərəcədə azaldır.

Kifayət qədər yuxu alın

Gecə 7-9 saat keyfiyyətli yuxu immun sistemini gücləndirir və hüceyrə sağlamlığını qoruyur.

Stressi idarə edin

Xroniki stress hormonal pozğunluqlara səbəb ola bilər. Meditasiya, nəfəs məşqləri və fiziki aktivlik faydalıdır.

Şəkər qəbuluna nəzarət edin

Şəkər birbaşa səbəb olmasa da, artıq çəki ilə əlaqəli xərçəng riskini artırır. Əlavə şəkərdən uzaq durun.

Plastik qabda yemək qızdırmayın

Mikrodalğada plastik qablar zərərli maddələr yayır. Şüşə və ya keramika istifadə edin.

Yandırılmış yeməklərdən çəkinin

Qızarmış və yanmış yeməklərdə kanserogen maddələr ola bilər. Onları tez-tez yeməkdən çəkinin. 

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun