Tibbi xəbərlər
Həkim ayaqlarda sancma və keyimənin
Tibbi xəbərlər
106

Həkim ayaqlarda sancma və keyimənin səbəblərini açıqladı

Ayaqlarda sancma və keyimə hissi fəqərəarası diskin yerindən tərpənməsi, onurğa artriti, periferik neyropatiya, şəkərli diabet və B12 vitamini çatışmazlığı ilə əlaqədar ola bilər.

E-saglam.az xəbər verir ki, xəbər verir ki, bu barədə britaniyalı terapevt Elli Kennon "Daily Mail" nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, belə hisslər tez-tez sinir sistemi pozğunluqlarına işarə edir. Xüsusilə hər iki ayaqda eyni anda yaranan sancmalar narahatedici siqnal sayılır – bu, sinirlərin zədələnməsi və ya sıxılması ilə bağlı ola bilər.

Mümkün səbəblər arasında həkim fəqərəarası diskin sürüşməsini, onurğa artritini və periferik neyropatiyanı qeyd edib – bu, əsasən ayaqaltı hissədə sinirlərin zədələndiyi bir pozuntudur. Sözügedən patologiya adətən yaşlı insanlarda müşahidə olunur və şəkərli diabet, B12 vitamini çatışmazlığı və ya kimyaterapiya nəticəsində yarana bilər.

Doktor Kennon əlavə edib ki, bəzi hallarda xəstələrə sinir zədələnməsinin səbəb olduğu ağrı və narahatlıqları azaltmaq üçün pregabalin preparatı təyin olunur. Lakin dəqiq diaqnoz üçün əlavə müayinələr, məsələn, bel-oma onurğa şöbəsinin rentgeni və ya sinir keçiriciliyinin yoxlanılması tələb oluna bilər.

Terapevtin fikrincə, damar xəstəlikləri daha çox ağrıya səbəb olur, lakin adətən sancma və ya keyimə ilə müşayiət olunmur.

Hit.az

E-saglam.az 

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun