Xəstəliklər
Əgər qaydalara riayət etmirsinizsə... - Həkimdən SOS
Xəstəliklər
193

Əgər qaydalara riayət etmirsinizsə... - Həkimdən SOS

Soruşurlar nə dərmanı içək ki, 4-cü dalğadan özümüzü qoruyaq. Nəsə içməyə ehtiyac yoxdur. Əgər qaydalara riayət etmirsinizsə, heç bir dərman, ya da vitamin sizi virusa yoluxmaqdan qoruya bilməz.

E-saglam.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib. O əlavə edib ki, köhnə qaydada özümüzü qorumağa davam etməliyik. Yəni adi cərrahi maska, ara məsafəsi və əlləri sabunla yumaq kifayətdir.

Həkim onu da qeyd edib ki, evdə ağır xəstə müalicələrini düzgün hesab etmir:

“Xəstə ağırdırsa və ya getdikcə ağırlaşırsa, vaxtında xəstəxanaya gətirilməlidir. Ola bilər həmin şəxs imkanlı olsun, xəstəxanaya getməkdən imtina etsin, ev şəraitində guya reanimasiya düzəltsin. Bəzi sözdə reanimatoloqlar guya bu işi təşkil edə bilər. Böyük pul müqabilində belə risklərə gedib məsuliyyətsizlik etmək olmaz. Oksigen balonu varsa, sistem qoşulursa, hətta süni tənəffüs aparatı və 4-5 həkim, tibb bacıları yığmaqla “reanimasiya” düzəltmək mümkün deyil. Bunu birdəfəlik hamı bilsin.

Xəstənin oksigen dəstəyinə ehtiyacı varsa, yubatmadan xəstəxanaya gətirilməlidir. Tanınmış insanlar koronavirusdan öldükdə bəzən açıqlamalarda görürük ki, xəstəxanaya həddən artıq ağır, kritik vəziyyətdə daxil olubmuş. Bir neçə dəfə buna şahid olduq. Onun əvvəl harada və kim tərəfindən müalicə aldığı qeyd edilmir. Məncə, xəstənin müalicəsinə nəzarət edən həkim əgər xəstəyə hospitalizasiya qərarını verdisə, xəstə imtina edirsə belə, ən azı yazılı iltizam alınmalıdır. Vaxtında hospitalizasiya edilməmə halları araşdırılmalıdır ki, növbəti səhvlər baş verməsin”./publika.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun