Sinqapurda doğulan dünyanın ən balaca uşağı xəstəxanadan evə buraxılıb.
E-saglam.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Həkimlər 212 qram çəkiylə dünyaya gəlmiş qızın həyatını xilas etməyə müvəffəq olublar.
Kvek Yun Syuan adlı körpə 13 ay öncə hamiləliyin 25-ci həftəsində doğulub. 24 sm-lik uşaq 13 aydan sonra 6.3 kq çəki toplayıb.
Qeyd edək ki, uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onun müalicəsinə 400 min dollar sərf olunub./medicina.az/