Yayda uşaqların ən çox əyləndiyi amma bir o qədərdə zərər gördüyü yer dəniz və ya hovuzlardır.
E-saglam.az xəbər verir ki, pediatr Günay Quliyeva son günlər dənizdə və hovuzda olduqdan sonra körpə və uşaqlarda müxtəlif xəstəliklərin artdığını bildirib.
Ona görə də dənizdən yarana biləcək xəstəlikləri bilmək lazımdır.
- Qulaq infeksiyaları
- Sidik yolu infeksiyaları
- Göbələk xəstəlikləri
- Sinusitlər
- Mədə bağırsaq infeksiyaları
- Parazitar xəstəliklər-Entamöba,Lyambliya(Giardia)
- Göz xəstəlikləri
-Dəri yanıqları və s.
Qulaq infeksiyaları-Xarici və ya orta qulaq iltihabı.Qulaqda qaşınma,ağrı,pis qoxulu ifrazat,qızdırma kimi
şikayətlər varsa mütləq həkimə müraciət edilməlidir.
Sidik yolu infeksiyaları-Xüsusilədə qız uşaqlarında islaq çimərlik geyimlərində qalmaq və ya su kənarında yerə oturaraq uzun muddet oyun oynamaq mikrobların asanlıqla sidik yollarına qalxmasına şərait yaradır.
Əlamətləri: Ağrılı və tez-tez sidiyə getmə,qarında ağrı,ürəkbulanma,qusma,iştahsızlıq,halsızlıq,qızdırma .
Göbələk infeksiyaları - Dəri,saçlı dəri və dırnaqlarda görülür.Yoluxucudur.Qaşınma,qızarıqlıq bəzən ağ qabıqlı ola bilir.
Sinusit və Burun tıxanıqlığı həm hava damcı infeksiyasi kimi həmdə Hovuzlarda istifadə edilən Xlora bağlı allergik uşaqlarda görülür.
Göz xəstəlikləri-Bakterial konyuktivit,Xlora bağlı kimyəvi və günəş şüasına bağlı konyuktivit görülə bilər.
Mədə bağırsaq infeksiyaları - Virus mənşəli-Rotavirus,Nörovirus,enterovirus,Hepatit A virusa bağlı,Bakterial-Salmonella,Şigella,E.coli yə bağlı və parazitar-lyambliya,entamöba kimi parazitar xəstəliklər görülə bilər./medicina.az/