Xəstəliklər
Çin COVID-19-un mənbəyini tapmaq üçün ABŞ-ın laboratoriyasının tədqiqatına çağırıb
Xəstəliklər
104

Çin COVID-19-un mənbəyini tapmaq üçün ABŞ-ın laboratoriyasının tədqiqatına çağırıb

Çin Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) COVID-19 infeksiyasının mənbəyinin müəyyənləşdirilməsi üçün ekspertləri ABŞ-ın Merilend ştatındakı Fort-Detrik laboratoriyasına dəvət etməyə çağırıb.

E-saglam.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, belə çağırışla Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan çıxış edib.

Nazirliyin nümayəndəsi qeyd edib ki, Birləşmiş Ştatlar bu məsələdə şəffaf və məsuliyyətli mövqe tutmalı, COVID-19 mənbəyini müəyyənləşdirməyə imkan vermək üçün ÜST-ün ekspertlərini Fort-Detrik laboratoriyasına dəvət etməlidir. Həmin laboratoriya ABŞ-ın 1943-1969-cu illərdə bioloji silah üzrə proqramının mərkəzi olub.

O, qeyd edib ki, ABŞ COVID-19-a ən çox yoluxmanın olduğu ölkədir.

"Əgər laboratoriyalar barəsində araşdırma aparmaq lazımdırsa, ÜST (ekspertlər-red) Fort-Detrikə yola düşməlidir", - Çjao Liszyan deyib.

Qeyd edək ki, Çin ÜST-ün koronavirusun mənşəyinin araşdırılmasının ikinci mərhələsinə qarşı çıxıb./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun