Xəbərlər
Beynəlxalq ekspert: Azərbaycanda uşağa qayğı siyasətində
Xəbərlər
275

Beynəlxalq ekspert: Azərbaycanda uşağa qayğı siyasətində 1,6 illik boşluq var

Azərbaycanda uşağa qayğı siyasətində 1,6 illik boşluq var.

E-saglam.az xəbər verir ki, bunu Gender bərabərliyi və ayrı-seçkiliklə mübarizə üzrə mütəxəssis Özge Berber-Agtaş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Azərbaycanda qayğı işi: gender bərabərliyinin daha güclü olduğu iş dünyası naminə qayğı məzuniyyəti və xidmətinə sərmayə" mövzusunda qiymətləndirməsinin əsas nəticələri ilə bağlı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda 0-2 yaşlı uşaqlar üçün qanunla nəzərdə tutulan uşağa qayğı sistemi mövcud olmasa da, o, Avropa və Mərkəzi Asiyada universal və pulsuz milli məktəbəqədər təhsil sistemi olan 48 ölkədən biridir:

“Azərbaycanda vergilərin hesabına maliyyələşdirilən universal və pulsuz uzunmüddətli qayğı xidməti sistemi mövcuddur. BƏT-in qiymətləndirmələrinə əsasən, Azərbaycanda universal uşağa qayğı sisteminə və uzunmüddətli qayğı xidmətlərinə investisiya 2030-cu ilədək 360 minə yaxın iş yeri yarada bilər.

Bunlara uşağa qayğı sahəsində 127 min 600 birbaşa iş, uzunmüddətli qayğı sayəsində 232 min 300 birbaşa iş, qeyri-qayğı sektorlarında 32 min dolayı iş yeri aiddir”.

Ö.B.Agtaş bildirib ki, təqribi qiymətləndirməyə görə, uşağa qayğı siyasətlərindəki boşluğun aradan qaldırılmasına yönəldilən hər dollar 2030-cu ildə ümumi daxili məhsulun orta hesabla 4,19 ABŞ dolları artması ilə nəticələnə bilər. /Report

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun