Xəbərlər
AQTA rəsmisi: Azərbaycanın coğrafiyası quduzluq xəstəliyi üçün
Xəbərlər
279

AQTA rəsmisi: Azərbaycanın coğrafiyası quduzluq xəstəliyi üçün münbit deyil

Azərbaycanın coğrafiyası quduzluq xəstəliyi üçün münbit deyil.

E-saglam.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, heyvanlar arasında quduzluq xəstəliyi ilə bağlı görülən işlər hər zaman diqqət mərkəzindədir: "Digər xəstəliklərlə oxşar olaraq Azərbaycanın coğrafiyası bu xəstəlik üçün də qeyri-sağlamdır. Quduzluğun yayılmasında vəhşi - ət yeyən heyvanların, sahibsiz itlərin, eləcə də sahibli ət yeyən heyvanların rolu var. Bu istiqamətdə son 2 ildə ilk dəfə olaraq helikopterlərdən istifadə etməklə peyvəndləmə işləri həyata keçirilir".

Şöbə müdirinin sözlərinə görə, bu istiqamətdə həm Gürcüstan, həm də Rusiya ilə əməkdaşlıq edilir.

"Çünki Azərbaycan ərazisindən keçən meşə massivi bir tərəfdən Gürcüstan, digər tərəfdən Rusiya ilə əhatələnir. Hər iki ölkə ilə əlaqəli işlər görülür ki, həm peyvəndləmə, həm də monitorinq tədbirləri koordinasiya olunsun və informasiya mübadiləsi həyata keçirilsin. İnanırıq ki, yaxın gələcəkdə bunlar yaxşı nəticəsini verəcək", - müfəttiş əlavə edib.(Report)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun