Mütəxəssislər səhər vərdişlərinin maliyyə rifahının formalaşmasında mühüm rol oynadığını müəyyən ediblər . Ən təhlükəlilərindən biri iş gününün başlamasına az qalmış oyanmaqdır.
E-saglam.az xəbər verir ki, tədqiqatlar göstərir ki, Bill Qeyts və Mark Zukerberq kimi uğurlu insanlar idmana, özünü təhsilə və şəxsi məsələlərə vaxt ayıraraq, günlərini erkən başlayırlar. Bu onlara gün üçün enerji və motivasiya təkan verir.
İş günü başlamazdan əvvəl oyanmaq vərdişi insanı günə sakit başlamaq imkanından məhrum edir. Bu, stressə və məhsuldarlığın azalmasına gətirib çıxara bilər və səhər saatlarında vaxtın olmaması sizin özünüzü inkişaf etdirmə və planlaşdırma ilə məşğul olmağa mane olur ki, bu da gələcəkdə maddi çətinliklərə səbəb ola bilər.
Mütəxəssislər böyüməni təşviq edən fəaliyyətlər üçün işdən əvvəl vaxtdan istifadə etməyi məsləhət görürlər. Bu, oxumaq, məşq etmək və ya gününüzü planlaşdırmaq ola bilər.
Tərcümə: Könül Oruc