Sağlamlıq
İşkoliklər alkoqoliklərdən daha az yaşayırlar -
Sağlamlıq
175

İşkoliklər alkoqoliklərdən daha az yaşayırlar - Tədqiqat

American Journal of Epidemiology-də dərc olunan bu yaxınlarda aparılan bir araşdırma, tətil olmadan uzun saatlarla işləyən insanların xroniki alkoqolizmdən əziyyət çəkənlərə nisbətən daha qısa ömür sürdüyünü müəyyən etdi.

E-saglam.az xəbər verir ki, tədqiqatda 45-64 yaş arası 749 qadın iştirak edib və onlar 20 ilə yaxın uzunmüddətli müşahidəyə razılaşıblar. Alimlər iş fəaliyyəti və pis vərdişlər haqqında məlumat toplayaraq iştirakçıların həyat tərzini təhlil ediblər.

Nəticələr təsdiqlədi ki, istirahətin olmaması sağlamlıq üçün ciddi təhlükə yaradır. Uzun saatlarla işləyən qadınlar alkoqol asılılığı ilə mübarizə aparanlardan daha qısa ömür sürürlər.

Mütəxəssislər ürək-damar xəstəliklərinin, o cümlədən infarktların inkişaf riskini əhəmiyyətli dərəcədə artıran daimi yorğunluğun nəticələrinə xüsusi diqqət yetiriblər. Belə bir xəstəliyi təhrik etmək üçün hər gün üç saat əlavə iş kifayətdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun