Daxili Xəstəliklər Mütəxəssisi Dr. Semiha Ayaydın Kaplan, həddindən artıq və xüsusilə hazır qidalarda gizli şəkildə qəbul edilən duzun sağlamlığa ciddi zərər verdiyini bildirib. Onun sözlərinə görə, duz təkcə damaqda deyil, damarlarda da iz buraxır.
E-saglam.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı gündə 5 qramdan çox duz qəbulunu məsləhət görmür, lakin duzun bu miqdar orta hesabla iki qat daha çoxdur.
Dr. Kaplan bildirir ki, artıq duz:
- Qan təzyiqini artırır, hipertoniya riskini yüksəldir
- Böyrəkləri yükləyərək zamanla funksiyalarını zəiflədir
- Bədəndə suyu saxlayaraq ödem yaradır
- Ürək və damar sisteminə zərər verir, ürək çatışmazlığı riskini artırır
- Osteoporoz, reflü və qastrit kimi problemlərlə əlaqəlidir
Nə etməli?
- Süfrədə duz qabı qoymayın
- Yeməklərə nəzarətli miqdarda duz əlavə edin
- Ədviyyatlardan istifadə edərək təbii dadlandırmaya üstünlük verin
- Hazır məhsulların etiketlərini oxuyun və duz tərkibinə diqqət yetirin
- Evdə yemək bişirməyə üstünlük verin.
Tərcümə: Könül Oruc