“The Lancet Regional Health – Europe” jurnalında dərc olunan son araşdırma, gecə parlaq işığa məruz qalma ilə 2-ci tip diabetin inkişaf riskinin artması arasında əlaqə tapıb.
E-saglam.az xəbər verir ki, tədqiqatın baş müəllifi, Avstraliyanın Flinders Universitetindən dosent Endryu Phillips gecə işığa məruz qalmanın sirkadiyalı ritmləri pozduğunu, bunun da öz növbəsində insulin ifrazına və qlükoza metabolizminə təsir etdiyini söylədi. Təxminən 85.000 insanın məlumatlarının daxil olduğu araşdırmada iştirakçılar yeddi gün ərzində işıq səviyyələrini izləmək üçün cihazlar taxıblar. Daha sonra könüllülər doqquz il izlədilər.
Müəlliflər belə nəticəyə gəliblər ki, səhər saat 12:30-dan səhər saat 6:00-a qədər parlaq işığa uzun müddət məruz qalma, gündüz işığından asılı olmayaraq, şəkərli diabetin inkişaf riski ilə əlaqələndirilir.
“Nəticələrimiz onu göstərir ki, gecələr işığa məruz qalmanın azaldılması və qaranlıq mühitin saxlanması diabetin inkişafının qarşısını almaq və ya gecikdirmək üçün sadə və ucuz yol ola bilər.
Tərcümə: Könül Oruc