Bəzi insanlarda bəzən burun qanamaları olur, lakin onlar müntəzəm olaraq baş verirsə, ehtiyatlı olmalısınız.
E-saglam.az xəbər verir ki, Britaniya Ürək Fonduna görə, bu əlamət hipertoniyaya işarə edə bilər.
Hipertoniyanın az bilinən əlamətlərindən biri də burun qanamalarıdır. Mütəxəssislərin çoxu, yüksək qan təzyiqinin, rəqəmlər həddindən artıq yüksək olmadıqda, burun qanamasına səbəb olmadığı ilə razılaşır. Hipertoniya burun içindəki qan damarlarına zərər verə bilər və qanaxma ehtimalını artırır.
Bununla belə, mütəxəssislər ürək xəstəliyi riskini ciddi şəkildə artıran hipertoniya ehtimalını istisna etmək üçün qan təzyiqini ölçməyi məsləhət görürlər.
Tərcümə: Könül Oruc