Xəstəliklər
Alimlər orqanizmdə manqan çatışmazlığının
Xəstəliklər
131

Alimlər orqanizmdə manqan çatışmazlığının gözlənilməz nəticələrini aşkarlayıb

Miçiqan Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, orqanizmdə mikroelementin aşağı səviyyədə olması iltihabı pisləşdirə və bağırsaqların zədələnməsinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, tədqiqat "Nature Communications" jurnalında dərc olunub.

Müəlliflər manqan daşıyıcısının SLC39A8 adlı genetik variantını tədqiq ediblər. ZIP8 kimi tanınan bu genin variasiyası olan insanlarda tez-tez manqan çatışmazlığı olur və bu, iltihablı bağırsaq xəstəliyinin inkişafı ilə əlaqələndirilir.

Manqan immun reaksiya proseslərində, sümük formalaşmasında və maddələr mübadiləsində iştirak edən vacib iz elementidir. Bununla belə, heyvan mənşəli məhsullara əsaslanan müasir pəhrizlər çox vaxt bu mineralın çatışmazlığı ilə nəticələnir.

SLC39A8 geni orqanizmdə manqan səviyyələrini tənzimləyir və sink və dəmir kimi digər mikroelementlərin udulmasına təsir göstərir. A391T genetik variantının insan sağlamlığına təsiri yenicə öyrənilməyə başlayır və bu, gələcək elmi inkişaflar üçün yeni perspektivlər açır, alimlər belə qənaətə gəliblər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun