Xəstəliklər
Kiçik bir sarılıq böyük
Xəstəliklər
91

Kiçik bir sarılıq böyük təhlükə əlaməti ola bilər

Gözlərin və dərinin saralması heç də hər zaman yüngül qəbul edilməməlidir.

E-saglam.az xəbər verir ki, yenidoğulmuşlarda müşahidə olunan sarılıq vaxtında müəyyənləşdirilməzsə, körpənin beynində geri dönməz fəsadlara səbəb ola bilər. Neonatoloq Dos. Dr. Əhməd Öktem valideynlərə bu mövzuda vacib xəbərdarlıqlar edib.

Neonatal sarılıqda erkən diaqnoz həyati əhəmiyyət daşıyır

Dos. Dr. Öktem bildirib ki, bədəndəki qırmızı qan hüceyrələrinin dağılması nəticəsində yaranan bilirubin maddəsinin qanda artması yenidoğulmuşlarda sarılığa səbəb olur. Bu, əsasən dəridə və gözlərdə saralma ilə özünü göstərir. Sarılıq vaxtında aşkar edilərək müalicə olunmazsa, bilirubin beyində toplanaraq funksional problemlər yarada bilər.

Diaqnoz üçün ağrısız üsullar mövcuddur

Sarılıqdan şübhələnildikdə, transkutan bilirubin cihazları vasitəsilə ağrısız və tez bir ölçüm aparmaq mümkündür. Bu cihazlar dəriyə toxunaraq qan almadan bilirubin səviyyəsini təyin edir. Əgər nəticələr yüksək çıxarsa, əlavə olaraq qan testi ilə diaqnoz dəqiqləşdirilir.

Fototerapiya ilə müdaxilə mümkündür

Yenidoğulmuş sarılığın ən geniş yayılmış müalicə üsullarından biri fototerapiyadır. Bu metodla mavi işıq vasitəsilə dəridə yığılan bilirubin parçalanır və orqanizmdən xaric olur. Dr. Öktem bildirib ki, fototerapiya bilirubini suda həll olunan formaya çevirərək bədəndən daha asan atılmasını təmin edir.

Qidalanma əsas faktorlardandır

Körpənin ana südü ilə müntəzəm qidalanması sarılığın azaldılmasında mühüm rol oynayır. Ana südü həm nəmləndirici təsir göstərir, həm də bilirubinin öd yolları ilə atılmasını asanlaşdırır. Əlavə olaraq şəkərli su kimi digər mayelərin verilməsi tövsiyə edilmir, çünki bu, duz balansını poza və əlavə fəsadlara səbəb ola bilər.

Yay aylarında xüsusi diqqət tələb olunur

Yayda yüksək temperatur səbəbindən körpələrdə susuzlaşma riski artır. Bu səbəbdən qidalanmanın vaxtında və kifayət qədər olması, həkim nəzarətinin laqeyd edilməməsi vacibdir. Əgər sarılıq körpənin göz ağlarında və ya bədənində sürətlə yayılırsa, dərhal həkimə müraciət olunmalıdır.

 

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun