Tibbi xəbərlər
İstidə başınız ağrıyırsa nə etməli? -
Tibbi xəbərlər
128

İstidə başınız ağrıyırsa nə etməli? - Həkim sadə tövsiyələr verdi

Yay aylarında bir çox insan istiyə uyğunlaşmaqda çətinlik çəkir və baş ağrılarından əziyyət çəkir.

E-saglam.az xəbər verir ki, terapevt, qastroenteroloq və diyetoloq Polina Şubinanın sözlərinə görə, isti hava şəraiti baş ağrılarının tezliyini artırır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin təxminən 4 faizi ayda 15 və daha çox gün baş ağrısı yaşayır.

Havanın cəmi 5 dərəcə artması belə baş ağrılarının riskini 8 faiz artırır. Bu isə o deməkdir ki, əvvəllər belə problemi olmayan insanlar da yayda narahatlıq hiss edə bilərlər.

İstidə baş ağrılarının səbəbləri nədir?

İsti hava damarların genişlənməsinə səbəb olur, bu da qan təzyiqinin düşməsinə və toxumaların oksigenlə zəif təmin olunmasına gətirib çıxarır. Eyni zamanda, orqanizm tərləmə yolu ilə maye itirir, dehidrasiya baş verir, nəticədə qan qatılaşır və beyin də daxil olmaqla orqanlara qan axını zəifləyir. Bu vəziyyət baş ağrısına səbəb olan damar spazmı ilə müşayiət olunur. Soyuq içkilər də bu spazmı gücləndirə bilər.

Baş ağrısının təhlükəli əlamətləri

Aşağıdakı hallarda mütləq həkimə müraciət edilməlidir:

- Adi fəaliyyətlərə mane olan şiddətli baş ağrısı

- Uzananda və ya fiziki fəaliyyət zamanı güclənən ağrı

- Dəri döküntüsü, hərarət və ya şüur pozulması ilə müşayiət olunan ağrı

- Əvvəllər olmayan və ya xarakteri dəyişən baş ağrısı

Baş ağrısının qarşısını necə almaq olar?

Sadə qaydalara əməl etməklə isti havanın mənfi təsirlərindən qorunmaq mümkündür:

Kifayət qədər su için – hər kiloqram çəkiyə görə gündə 30-40 ml maye qəbul edilməlidir. Su otaq temperaturunda və ya bir qədər sərin olmalıdır. Spirtli, qazlı və şirin içkilərdən uzaq durun.

Havasız, qapalı məkanlardan uzaq olun.

Parlaq işıq, güclü qoxu və səs-küydən çəkinin.

Açıq rəngli, yüngül parçalardan hazırlanan baş geyimlərindən istifadə edin.

Sərin duş qəbul edin və başınıza soyuq kompres tətbiq edin.

Ayaq vannaları faydalıdır – ayaqları bir müddət ilıq, sonra isə soyuq suya salmaq damarların tonusunu tənzimləyir.

Yüksək təzyiq problemi olanlar mütləq dərmanlarını yanında saxlamalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun