Faydalı
Alimlər yaddaşı çayla necə yaxşılaşdırmağı
Faydalı
246

Alimlər yaddaşı çayla necə yaxşılaşdırmağı kəşf ediblər

Yaddaşınızı yaxşılaşdırmaq mümkündürmü? Bəli! Salk Bioloji Tədqiqatlar İnstitutunun mütəxəssisləri müəyyən ediblər ki, gündə iki fincan çay içmək insanların sağlamlığını qoruyub saxlamağa kömək edə bilər.

E-saglam.az xəbər verir ki, birinci test qrupu gündə 500 mq çay qəbul etdi ki, bu da iki fincana bərabərdir. İkincisi isə bu qaydalara əməl etməyib.

Üç illik araşdırma zamanı iştirakçılara yaddaş testləri verilib və onların inkişafı izlənilib. Araşdırmanın sonunda məlum olub ki, tövsiyələrə əməl edənlər orta hesabla 10,5% yaxşılaşıb.

Məlum olub ki, çayın tərkibindəki flavanollar adlanan təbii kimyəvi maddələr beyin gücünü artırır və hər şeyi yadda saxlamağa kömək edir. Bu antioksidanlar bir çox tərəvəz, meyvə, giləmeyvə, həmçinin çay və şərabda olur. Alimlər onların yaşı 60-dan yuxarı olan 3500-dən çox sağlam insanın yaddaşına necə təsir etdiyini öyrəndikdən sonra belə qənaətə gəliblər.

Hansı növ içdiyinizin fərqi yoxdur: qara, ağ və ya yaşıl. Təsiri birdir.

Reading Universitetindən professor Günter Kuhnle dedi:

Çay içmək bədəninizdə flavanolların miqdarını artırmağın ən asan yoludur. İki fincan kifayətdir. Südlü çay da içə bilərsiniz, nəticəyə təsir etmir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun