Tibbi xəbərlər
Alimlər osteoartritin müalicəsi üçün
Tibbi xəbərlər
375

Alimlər osteoartritin müalicəsi üçün qabaqcıl üsul hazırlayıblar

ABŞ-nin Viskonsin Universitetinin alimləri matris RNT (mRNT) ilə aktivləşdirilmiş terapevtik trombların istifadəsi ilə osteoartritin perspektivli müalicə metodunu hazırlayıblar.

E-saglam.az “Report”a istinadən xəbər verir ki, tədqiqat “Bioactive Materials” (BAM) elmi jurnalında dərc edilib.

Osteoartrit artritin ən geniş yayılmış formasıdır. O, diz və bud oynaqlarında qığırdağın dağılması nəticəsində yaranır və ağrı, habelə hərəkət məhdudluğuna səbəb olur.

Yeni metod mRNT-nin çatdırılması üçün mineral örtüklü mikrozərrəciklərin istifadəsinə əsaslanır. Bu elementlər qığırdağın formalaşmasını dəstəkləyən zülalın hasil olunmasını kodlaşdırır.

Komanda xəstənin maye sümük iliyini və periferik qan nümunələrini götürərək onları mikrozərrəciklərlə qarışdırıb və qan laxtası yaradıb. Daha sonra mRNT ilə aktivləşdirilmiş trombu zədələnmiş yerə çatdırıblar.

Metod dovşanlar üzərində aparılan sınaqlarda effektivliyini göstərib. Alimlər strategiyanı daha böyük heyvanlarda yoxlamağı və daha sonra insanlar üzərində klinik testlərə başlamağı planlaşdırırlar.

Tədqiqatçılar hesab edirlər ki, eyni yanaşmanı skelet əzələlərinin və sümüklərin böyük zədələrinin müalicəsində də istifadə etmək olar.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun