Tibbi xəbərlər
5 milyon insan üzərində araşdırma aparıldı:
Tibbi xəbərlər
815

5 milyon insan üzərində araşdırma aparıldı: Depressiyanın genetik xəritəsi ortaya çıxdı

London Kral Kolleci və Edinburq Universitetinin alimləri tərəfindən aparılan hərtərəfli araşdırma depressiyanın genetik komponentləri ilə bağlı mühüm tapıntılar əldə edib.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, Araşdırmada dünyanın 29 ölkəsindən 5 milyondan çox insanın genetik məlumatları araşdırılıb və depressiya riskini artıran 308 yeni genetik faktor müəyyən edilib.

Araşdırmanın nəticələri nüfuzlu "Cell" elmi jurnalında dərc olunub. Tədqiqat fərdlərin genetik kodlarında depressiya ilə əlaqəli 700-ə yaxın variasiya müəyyən edib. Bu dəyişikliklərin demək olar ki, yarısının depressiya ilə əlaqəli olduğu əvvəllər məlum deyildi.

Kiçik risklər birləşərək böyük təsir yarada bilər

Tədqiqat, hər bir genetik faktorun fərdi olaraq aşağı risk yaratdığını, lakin birdən çox risk faktoru olan şəxslərdə depressiya ehtimalının əhəmiyyətli dərəcədə arta biləcəyini vurğuladı. Bu tapıntılar depressiyaya təkcə ətraf mühit faktorlarının deyil, həm də genetik meyllərin təsir etdiyini bir daha ortaya qoyur.

Araşdırma aparan qrupdan prof. Andrew McIntosh, depressiyanın qlobal qarşısının alınması və müalicə üsullarının inkişaf etdirilməsi üçün daha əhatəli tədqiqatlara ehtiyac olduğunu bildirdi. McIntosh, bu kimi geniş miqyaslı tədqiqatların daha təsirli müalicə və profilaktik yanaşmaların inkişafı üçün həyati əhəmiyyət daşıdığını söylədi.

Depressiyanın genetik xəritəsi

Bu araşdırma genetik faktorların depressiyaya təsirini daha yaxşı başa düşmək üçün bu günə qədər aparılan ən böyük tədqiqatlardan biri kimi önə çıxır. Genetik məlumatın bu təfərrüatlı işlənməsi həm fərdi müalicə yanaşmalarında, həm də ictimai səhiyyə siyasətində yeni qapılar aça bilər.

Depressiyanın genetik quruluşunun daha yaxşı başa düşülməsi yalnız xəstəliyin qarşısının alınmasına deyil, həm də fərdi müalicə üsullarının inkişafına kömək edə bilər. Bu araşdırma elm dünyası üçün mühüm addım hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun