Tibbi xəbərlər
300 min adamın qanı araşdırılacaq!
Tibbi xəbərlər
342

300 min adamın qanı araşdırılacaq! Bir çox xəstəlik üçün ÜMİD

Böyük Britaniyada Biobank layihəsi çərçivəsində 15 il ərzində toplanmış 300 min nəfərdən götürülmüş qan nümunələri üzərində misli görünməmiş testlər aparılacaq.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, layihə ilə zülalların xəstəliklərə təsiri araşdırılacaq və genetik xəritə ilə birləşdirilən yeni texnologiyalar vasitəsilə 5400-dən çox zülal izləniləcək.

Möhtəşəm biotexnologiya əməkdaşlığı

14 əczaçılıq şirkətinin iştirakı ilə həyata keçirilən bu tədqiqat “tarixin ən böyük biotexnologiya layihəsi” hesab edilir. İndiyədək 50 min nəfərlik ilkin mərhələdə onlarla xəstəliyə səbəb olan zülallar aşkar edilib.

Zülalların kritik rolu

Bədən funksiyalarını təmin edən molekulyar maşınlar olan zülalların xəstəliklərdəki rolunu müəyyənləşdirmək məqsədi daşıyan layihə, xüsusilə böyrək, qaraciyər, sümük xərçəngi və ALS kimi xəstəliklərdə irəliləyişlər vəd edir. İlkin nəticələr iltihaba səbəb olan bəzi zülalların depressiya ilə əlaqəsini də ortaya çıxarıb.

Britaniyalı alimlərin fikrincə, bu araşdırma yaxın gələcəkdə bir çox xəstəliyin diaqnostika və müalicəsində əhəmiyyətli yeniliklərə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun