Yandex watch
Yanağınızdakı xətt və gözünüzün altındakı torba yox olacaq!

Yaşlanma prosesinin ən bariz təsirlərindən biri üzün orta nahiyəsində baş verən dəyişikliklərdir. Yanaqların sallanması, nazolabial xətlərin dərinləşməsi və göz altı torbalarının qabarıq olması kimi hallar həm qadınlarda, həm də kişilərdə estetik narahatlıq yarada bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bur baada mütəxəssislərin rəy və tövsiyələrini təqdim edir...

Yaşlandıqca dəridə kollagen və elastin istehsalı azalır və sallanmalara səbəb olur. Qravitasiya zamanla dəri toxumalarını aşağıya doğru çəkir.

Üz sümükləri və yağ toxumaları yaşla həcmini itirir və üz konturlarının dəyişməsinə səbəb olur. Genetik meyl qocalma prosesinin sürətinə və şiddətinə təsir göstərə bilər.

Tərkibində hialuron turşusu və peptidlər olan nəmləndiricilər dərinin elastikliyini qorumağa kömək edir. UVA və UVB şüaları dərinin qocalmasını sürətləndirən ən mühüm amillərdəndir. Gündəlik ən azı SPF 30 qoruyucu vasitələrdən istifadə etmək lazımdır.

Yanaq və göz ətrafındakı əzələləri işlədən məşqlər sallanmanın qarşısını ala bilər. Vitamin C, E və Omega-3 olan qidalar dəri toxumasını qidalandırır və yeniləyir.

Yuxu zamanı dəri özünü yeniləyir. Gündə 7-8 saat yatmaq tövsiyə olunur. Meditasiya və yoqa kimi üsullar stressin dəri üzərində mənfi təsirlərini azalda bilər.

Orta üzün qocalmasının qarşısını almaq üçün erkən yaşda alınan tədbirlər böyük əhəmiyyət kəsb edir. Müntəzəm qulluq, sağlam həyat tərzi vərdişləri və lazım gəldikdə peşəkar dəstək ilə qocalma əlamətlərini minimuma endirmək mümkündür.

Könül Oruc

E-saglam.az