Uşaqlarla ünsiyyətdə istifadə olunan bəzi cümlələr var ki, bu cümlələr uşağınıza onu başa düşdüyünüz və dəstəklədiyiniz mesajı verir.
Bu cümlələr uşağın narahatlığını azaltmağa, sakitləşməsinə, münaqişələri azaltmağa və özünə inamını artırmağa kömək edir.
E-saglam.az psixoloq Elnarə Məhərrəmovanın mövzu ilə bağlı yazısını təqdim edir:
1. Bunu bacara bilərsən
Bu ifadə uşaqları həvəsləndirməyə kömək edir. Uşağın etməkdən qorxduğu hər hansı bir işə cavab qarşılıq olaraq söyləmək olar. Bu ifadə uşağa etdiyi işin məsuliyyətinin yalnız ona aid olduğunu da ona bildirir.
2. Afərin
Uşağın etdiyi hər hansı bir uğurlu fəaliyyətin sonunda istifadə edilə bilər. Burada diqqət edilməli məqam, uşağın etdiyi işlə bəraber afərin deyilməlidir. Əks halda uşaq ona niyə afərin dediyinizi anlamaya bilər. Məsələn: "Bu şəkli çox gözəl çəkdin, Afərin" deyilə bilər.
3. Bunu necə etdiyini mənə də izzah edə bilərsən?
Uşaqın etdiyi bir işdən sonra onu necə etdiyini sizə izzah edən bir cümlədir. Bu cümlə uşağa özünü ifadə etmək imkanı verir. Bu cümlə hər hansı xoş bir hərəkətdən sonra istifadə olunduqda isə uşaqda uğurlu, bacarıqlı bir fərd olduğu hissini yaradır.
4. Bu mövzuda sən nə düşünürsünüz?
Bu cümlə uşağa bir fərd olaraq hörmət etdiyinizi və fikirlərinin sizin üçün vacib olduğunu ona bildirir.
5. Sakitləşənə qədər səni gözləyə bilərəm
Uşaq hirsli və ya əsəbi olduqda istifadə olunan bir cümlədir. Bu cümlə uşağa bu an əsəbi ola bilərsən ancaq sakitləşdikdən sonra danışa bilərik, sən mənim üçün dəyərlisən, səni gözləyə bilərəm və mən səninləyəm mesajını verir.
6. Hər ikimiz üçün də yararlı olan bir həll yolu düşün
Bu cümlə anormal mübahisələrin həlli üçün əla bir yoldur. Bu ifadəni münasibətlərdə tez-tez problem yaradan uşaqlar üçün istifadə edə bilərsiz. Bu cümlə ikiniz üçün də ortaq həll yolu tapmaqa kömək edəcəkdir.
Könül