ÜST-nin məlumatına görə, dünyada 600 milyondan çox insan bel ağrısından əziyyət çəkir.
E-saglam.az onurğa cərrahı Dr. David Baxter bildirir ki, problemin həlli müalicədən çox, onun qarşısının alınmasındadır. “Beliniz ağrımadan əvvəl tədbir görün” — deyə o xəbərdarlıq edir.
Dr. Baxterin hər gün tətbiq etdiyi 8 sadə vərdiş:
Hərəkətdə qalın. Uzun müddət oturmaq disklərə təzyiq yaradır, ağrını artırır.
Yuxuya önəm verin. Keyfiyyətli yuxu əzələlərin bərpası üçün vacibdir.
Səhər su için. Susuzluq onurğa disklərini sərtləşdirir.
Qısa dartınma edin. Hər səhər bir neçə dəqiqə yoqa tipli hərəkətlər belinizi rahatladır.
Günəşlə birlikdə hərəkət edin. Səhər gəzintisi həm D vitamini, həm də oynaqlar üçün faydalıdır.
Bağırsaq sağlamlığını qoruyun. Qatıq, kefir və qoz-fındıq kimi qidalar iltihabı azaldır.
Oturaq həyatdan uzaq olun. Hər 20-30 dəqiqədən bir qalxıb hərəkət edin.
Günün sonunda dincəlin. Sauna, masaj və soyuq duş stressi azaldır, yuxunu yaxşılaşdırır.
Cərrahın fikrincə, bel sağlamlığını qorumağın sirri gündəlik kiçik vərdişlərdədir — “Bunları hər gün edirəm və belim heç vaxt ağrımır”, — deyə Dr. Baxter bildirir.
Tərcümə: Könül Oruc