Körpələrdə ağlamaqdan sonra qısa müddətli nəfəs kəsilməsi katılma nöbetleri adlanır. Bu, bir növ bayılmadır. Hər yaşda olan uşaqlarda görülə bilər.
Mövzu ilə bağlı E-saglam.az-a danışan pediatr Xəyalə Nağıyeva deyir ki, katılma nöbetlərində əllərdə və qollarda çırpınma və ya qıcolmalara nadir hallarda rast gəlinir: "Bu zaman uşaq ağlayarkən bir neçə saniyəlik uşaqlarda nəfəs gedib gəlmir, bəzən göyərmələr də ola bilər. Bu hal ən çox uşaq ağlayarkən baş verir. Sakit hallarda rast gəlinmir. Valideynlər bunu çox zaman epileptik tutmalarla qarışdırırlar".
Bəs bu zaman nə etməliyik?
Belə hallarda uşaqları havaya qaldırmaq, silkələmək, üzünə üfürmək, suya salmaq, masaj etmək, ağızlarını açmağa çalışmaq OLMAZ!
Pediatr deyir ki, panik etməyin: "Xüsusilə, onu yan tərəfə çevirib, nöbet saatının daha qısa vaxt almasını gözləmək tövsiyə olunur. Katılma nöbetləri ümumiyyətlə yüngül olur və beyinə qalıcı ziyan vurması gözlənilmir. Katılma Nöbetleri keçirən uşaqlar, adətən, tutmadan sonra heç nə olmamış kimi oynamağa davam edirlər".
Katılma Nöbetlerinin səbəbləri nə ola bilər?
X.Nağıyevanın sözlərinə görə, tutmaların səbəbləri ürək, beyin və maddələr mübadiləsi problemləri ilə bağlı ola bilər, ən çox genetik olur: "Çox vaxt uzun müddət ana südü ilə qidalanan, çoxlu inək südü və çay içən, dəmir tərkibli qidaları az qəbul edən uşaqlarda katılma nöbetlerini daha tez-tez görürük. Ən böyük səbəbi dəmir defisitli anemiyalardır. Katılma Nöbetleri ayda və ya həftədə 1 dəfədən gündə 1 və ya 2 dəfəyə qədər tez-tez müşahidə edilə bilər".
Müalicəsi necə aparılır?
Pediatr bildirir ki, müəyyən vaxt lazımdır, uşaqda yaş artdıqca bu tutmalar da tədricən azalır: "Əgər müayinələr zamanı uşaqda dəmir çatışmazlığı aşkarlanarsa, mütləq dəmir preparatı təyin olunub müalicəyə də başlamaq lazımdır".
Könül Oruc