Tibbi xəbərlər
Süni intellekt sağlamlıqda inqilab edir:
Tibbi xəbərlər
184

Süni intellekt sağlamlıqda inqilab edir: Bütün xəstəliklərin həlli üçün yol açıldı

Prof. Dr. Unutmaz, ABŞ-də çalışan Biotibbi və İmmunologiya mütəxəssisi olaraq, süni intellektin sağlamlıq sahəsindəki təsirini önə çəkib. O, süni intellektin neyrodegenerativ xəstəliklərin patogenezini izah edəcək nəzəriyyələrin inkişafında inqilabi rol oynadığını qeyd edib.

E-saglam.az xəbər verir ki, o, həmçinin, İsveçrəli alim Adriano Aguzzinin komandasının kəşf etdiyi yüzlərlə yeni geni analiz etmək üçün süni intellekt modelindən istifadə edildiyini açıqlayıb.

Yeni tədqiqatlar üçün yol xəritəsi

Prof. Dr. Unutmaz, Aguzzinin laboratoriyasının süni intellektin tətbiqi ilə yeni tədqiqatlara başlamağa hazır olduğunu bildirib. Bu tədqiqatların klinik sınaqlara qədər irəliləyəcəyini deyən alim, yanaşmanın yalnız neyrodegenerativ xəstəliklərlə məhdudlaşmadığını, xərçəng, xroniki yorğunluq sindromu (ME/CFS) və hətta yaşlanma kimi immunoloji xəstəliklərdə də inqilab etmə potensialına malik olduğunu vurğulayıb.

Bütün xəstəliklərə çarə

Unutmaz, "Süni intellekt sayəsində xəstəliklərin mexanizmlərini həll edəcəyimiz dövr başlayır. Artıq bu, xəyal deyil, əsl yol xəritəsidir" dedi. O, süni intellektin təqdim etdiyi yeni perspektivlərin elm dünyası üçün böyük bir ümid olduğunu qeyd edib, lakin bu prosesin laboratoriya işləri, dərman inkişafı və klinik sınaqlarla zaman alacağını bildirdi. "Tunelin sonundakı işığı görmək üçün görmə qabiliyyətinə sahib olmaq lazımdır", - deyərək sözlərini bitirdi.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun