Xəstəliklər
Səsin xırıltılı olması qırtlaq xərçənginin göstəricisi ola bilərmi? -
Xəstəliklər

Səsin xırıltılı olması qırtlaq xərçənginin göstəricisi ola bilərmi? - CAVAB

Baş və boyunda ən çox müşahidə edilən xəstəliklər arasında xərçəng xüsusi yer tutur. Burada ilk simptom səsin boğulması halıdır. Digər simptomlar arasında boyunda şişlik, udma çətinliyi, boğazda ilişib qalma, nəfəs darlığı, qulaq ağrısı və ağızdan qanaxma daxildir.

E-saglam.az mövzu ilə bağlı qulaq, burun, boğaz xəstəlikləri mütəxəssisi, professor Yavuz Səlim Yıldırımın məlumatlarını təqdim edir.

Qırtlaq xərçəngi boğazın hər hansı bir yerində, xüsusən səs tellərində müşahidə edilir. İki həftədən çox davam edən ağrı hallarında ətraflı müayinə lazımdır. Səs tellərinin işləmədiyi, boyunda şişkinlik olduğu, səbəbi bilinməyən qulaq-boğaz ağrısı olduğu təqdirdə, müasir avadanlıqlar vasitəsilə görüntüləmə üsulları ilə müayinə vacibdir. Qırtlaq xərçəngi səs tellərinin yuxarı hissəsində özünü büruzə verə bilər, həmin vaxt müəyyən simptomlar müşahidə olunarsa, mütəxəssisə müraciət etmək lazımdır. Həmin bölgədə səs pozulmaya bilər, bunun üçün xəstələr, ümumiyyətlə, boğazda ilişib qalma, udqunma və boğazın təmizlənməsi kimi ümumi simptomlardan şikayətlənə bilərlər. Boğaz xərçəngi səs tellərinin altında yerləşdikdə isə ilk simptom nəfəs darlığı ola bilər. Səs tellərində yerləşən şişlər yavaş-yavaş inkişaf edir və tədricən yayılır, bütün səs telini tutub səs tellərindən kənara çıxarır. Erkən diaqnoz həyatı xilas edə bilər. Əgər bunda gecikmə baş verərsə, bütün qırtlaq sistemini çıxarmaq və boğazda daimi bir deşik yaratmağa ehtiyac olar. Siqaret laringeal xərçəngin ən çox yayılan səbəbidir, lakin bunlar arasında genetika əsas rol oynayır. Xərçəngə genetik meyilli olan insanlarda risk faktorları daha çox müşahidə edilir. Yəni, genetik meyili olan insan siqaret çəkəndə xərçəng daha tez, genetik meyili olmayan insan isə siqaret çəkəndə daha gec əmələ gəlir.

Digər mühüm amil isə spirtli içkilərin tütün məmulatları ilə birlikdə xərçəng prosesini daha da sürətləndirməsidir. HPV virusu olaraq bilinən amil də baş və boyun xərçənglərinin inkişafında mühüm rol oynayır. İnsanın pəhrizi, xüsusilə, zülalla zəngin olan pəhriz, qızardılmış qidalar, qırmızı ət və köhnə qidalarla risk daşıyır. Zəhərli qazlara məruz qalmaq və bu zəhərli qaz mühitində uzun müddət nəfəs almaq ağciyər xərçəngi ilə yanaşı, qırtlaq xərçəngi riskini də artırır. Qırtlaq xərçənginin diaqnozu xəstənin həkim tərəfindən müayinəsi zamanı şübhəli hallarda qoyulur. Şübhəli görünən toxumalar həkimləri və xəstələri düşündürməlidir. Risk faktorlarının olması və uzun sürən şikayətlər qırtlaq xərçəngi riskini ağıla gətirməlidir. Endoskopik müayinədən sonra, lazım gələrsə, ətraflı diaqnoz qoymaq üçün kompüter tomoqrafiyası və MRT ilə əlavə görüntüləmə istifadə edilə bilər.

“Qırtlaq xərçənginin müalicəsində ən həlledici rol xəstəyə diaqnoz qoyulduğu (xərçəngin tanındığı vaxt) olur. Gecikən xərçənglərdə daha böyük bir sahə mənfi təsirlərə məruz qalır. Erkən diaqnoz qoyularsa, qırtlaq funksiyalarına təsir etmədən asanlıqla müalicə edilə bilər. Erkən diaqnoz qoyulduqda səs tellərindəki xərçəng lazerlə çıxarılır və səs keyfiyyəti qorunur. Daha inkişaf etmiş hallarda ağızdan endoskopik lazer üsulu tətbiq edilərək səs keyfiyyəti itirilir, lakin funksiyası qorunaraq müalicə olunur. Erkən mərhələdə şişlər üçün ən qənaətbəxş nəticələr əməliyyatla əldə edilir. Qırtlaqdan kənara çıxan şişlərdə qoruyucu funksiyaları yerinə yetirən radioterapiya, şüa terapiyası, kemoterapi və dərman müalicəsi də qırtlaq xərçənglərinin müalicəsinə daxildir. Boyun və qida borusuna yayılan qırtlaq şişlərində multidisiplinar yanaşma ilə xəstələrə öncədən konsultasiya edilir, müalicələrin müsbət və mənfi tərəfləri müzakirə olunur, hər bir xəstə üçün ən uyğun müalicə üsulu seçilərək tətbiq edilir. /AZƏRTAC

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun