Tibbi xəbərlər
Ölkədə dərman qıtlığı yaşanır – Dərmanlar niyə tapılmır?
Tibbi xəbərlər
1115

Ölkədə dərman qıtlığı yaşanır – Dərmanlar niyə tapılmır?

Ölkədə, xüsusilə də Bakı şəhərində bir sıra dərmanlar üzrə çatışmazlıqlar var.

E-saglam.az-a bununla bağlı artıq bir neçə həkim və vətəndaş müraciət edib.

Çatışmayan dərmanlar sırasında “Azitromicin” ( heç bir adla), “Cefixim” ( heç bir adla), “Parasetamol” siroplar, “Klaritromicin” siroplar, “Salbutamol” tərkibli inhalyasiya üçün məhlullar, öskürəyə təsir edən nisbi müsbət effektli siropları xüsusilə qeyd etmək olar.

Həkimlər də, əczaxanalar da, vətəndaşlar da dərmanların yoxluğundan şikayətçidirlər. Bəs görəsən, problem nədədir?

Həkim-pediatr Günay Rəsulova E-saglam.az-a açıqlamasında bildirib ki,  xəstəliklərin baş alıb gedən vaxtında keyfiyyətinə güvəndiyimiz, ən effektli dərmanların tapılmasında çox ciddi problemlər yaşanır: “Hətta 3-4 variant əvəzedicilər də yoxdur. Xüsusilə uşaqlar üçün olan dərmanlar tapılmır. Amma bununla yanaşı digər ixtisas həkimləri də bu problemi yaşayır. Bütün günü pasiyentlərlə əczaxana turları edirik”.

həkim-pediatr günay rəsulova

Aptek müdiri Yalçın Nəbiyev deyib ki, elə sadə dərmanlar yoxa çıxır ki, xəstəyə nə cavab verəsən bilmirsən: “Gün ərzində 20-30 həkimlə əlaqə saxlayırıq, xəstəyə uyğun dərman verməyə çalışırıq. İnsanlar həkimləri və apteki günahkar bilirlər. Amma düşünürəm ki, problem Tarif Şurasındadır. Və bir də dünya nəhənglərinin Azərbaycan bazarından çıxıb getməklərində”.

Vətəndaş Xəyalə Hacıyeva deyir ki, 12 aptek gəzdim, heç birində aqumentin, azitromisin yox idi: "Amoksiklavda elə firmalar idi ki, adlarını belə ilk dəfə eşidirdim. Keyfiyyətinə şübhəm olduğu üçün almadım. Tarif Şurası yaranandan ölkədə normal keyfiyyətli dərman qalmayıb".

Pediatr Vaqif Qarayev bildirib ki, uşaqlar arasında yayılan mövsümi viruslar səngimək bilmir: "Belə bir zamanda gündəlik lazım olan dərmanlar yoxa çıxıb. Özümüz dərman istehsal etməliyik, qonşuya ümidli olmaq olmaz”.

Məsələ ilə bağlı Vita Apteklər şəbəkəsinin Bayıl filialına müraciət etdik. Aptekdən bizə bildirildi ki, sözü gedən dərmanlarla bağlı həqiqətən də iki aya yaxındır ciddi problemlər yaşanır. Həmin dərmanların alışı ilə bağlı dəfələrlə müraciət olsa da, depoda dərmanlar olmadığı üçün satış mümkün olmur. Dərman üçün müraciət edən vətəndaşlar əliboş geri qayıdır”.   

Beyləqan rayonunun mərkəzində yerləşən apteklə də əlaqə saxladıq. Əczaxanadan bildirildi ki, sözügedən dərmanlarla bağlı heç bir problem yaşanmayıb. Hazırda həmin dərmanlar aptekdə mövcuddur.

Belə qənaətə gələ bilərik ki, bu problem əsasən Bakı şəhərindədir.

Son olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Günay Quluzadə ilə əlaqə saxladıq. O, bildirdi ki, ölkəyə dərmanların gətirilməsi Səhiyyə Nazirliyinin səlahiyyətinə aid deyil: “Nazirlik sadəcə gətirilən dərmanların keyfiyyətinə nəzarət olaraq rəy verə bilir ki, ölkədə istifadə oluna bilər, yaxud oluna bilməz. Ölkəyə dərmanların gətirilməsi isə, Nazirlər Kabinetinin, Prezident Aparatının və Böyük apteklərin şəxsi firmalarının tabeliyindədir”.

günay quluzadə səhiyyə nazirliyi

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun