Hər gün istehlak etdiyimiz qazlı içkilər sağlamlığınıza düşündüyünüzdən daha çox təsir edə bilər.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar göstərir ki, bu içkilər həddindən artıq şəkər tərkibi ilə piylənmə, diabet və ürək xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə yol açır.
Kola ölkəmizdə yeməklərlə yanaşı ən çox istehlak edilən içkilərdən biridir. Lakin insanların çoxu onun zərərləri hələ də müzakirə olunmaqdadır.
Kola və buna bənzər qazlı içkilərin tərkibindəki turşu kofeinlə birləşdikdə 60 dəqiqə ərzində orqanizmdəki vitaminləri parçalamağa başlayır və vitamin çatışmazlığı yaradır.
Kola həddindən artıq turşu və şəkərlidir, bu da diş sağlamlığına mənfi təsir göstərən kola və buna bənzər qazlı içkilər, çürüklərə və diş eroziyasına səbəb olur, bədəndəki vitamin səviyyəsini azaldır, kalsium səviyyəsinin azalmasına və dişlərin tökülməsinə səbəb olur.
Kolanın tərkibindəki kofein yuxu problemlərinə və nəticədə stressə səbəb olur. Bir şüşə kola böyük bir stəkan qara qəhvə qədər kofein ehtiva edir. Bundan əlavə, kolanın asılılıq yaratdığı sübut edilmişdir, yəni istehlakı azaldıqda baş ağrısına səbəb olur.
Artıq çəki və piylənməyə səbəb olur. Artıq çəki öz başına problem yaratmasa da, artıq çəki immunitet sisteminizi aşağı salır, oynaqlarınıza və ürəyinizdə təzyiq yaradır.
Hər gün kola içmək dəriyə siqaret qədər təsir edir. Qazlı içkilərin istifadəsi zamanla dəridə qırışların yaranmasına səbəb olur. Bundan əlavə, qazlı içkilər ekzema, quru dəri və sızanaqlara səbəb olur.
Pis xolesterolu artıran kola və buna bənzər qazlı içkilər də infarkt riskini artırır.
Kolanın daxil olduğu plastik şüşələrdəki benzol xərçəngə səbəb olur. Xərçəng riskinin qarşısını almaq üçün həkimlər kola istehlakının həftədə maksimum bir dəfəyə qədər azaldılması lazım olduğunu bildirir. Ümumiyyətlə, içilməməsi tövsiyəolunandır.
Tərcümə: Könül Oruc