Hindistanda başlayan qara göbələk epidemiyası Misir, İraq və Meksikada da müşahidə olunub. Bu dəhşətli epidemiya zamanı infeksiyanın beyinə keçməsinin qarşısını almaq üçün minlərlə xəstənin gözləri çıxarılıb. Qara göbələk (mukormikoz) xəstəliyi nədir və onun əlamətləri nədir?
E-saglam.az xəbər verir ki, "Qara göbələk" olaraq da bilinən nadir və ölümcül bir xəstəlik olan mukromikoz, zəif immunitet sistemi olan insanları öldürə bilən mukromisetlər kimi tanınan təbii kiflərin səbəb olduğu xəstəlikdir.
- QARA GÖBƏLƏK NƏDİR?
- Qara göbələk (Mukormikoz) çox nadir bir infeksiyadır. Buna tez-tez torpaqda, bitkilərdə, peyində, çürüyən meyvə və tərəvəzlərdə rast gəlinən mukor kifinə məruz qalma səbəb olur. Beyinə, sinuslara və ağciyərlərə təsir edən qara göbələk diabet xəstələri və ya xərçəng xəstələri və ya HİV/AİDS-li insanlar kimi immun sistemi ciddi şəkildə zəifləmiş insanlar üçün təhlükəli ola bilər.
- QARA GÖBƏLƏKLƏRİN SƏBƏBİ STEROİDLƏRDİR?
- Həkimlər, xəstəliyin şiddətli Covid-19-un müalicəsində istifadə edilən steroidlərdən qaynaqlandığına inanırlar, çünki dərmanlar toxunulmazlığı azaldır və qan şəkərinin səviyyəsini artırır.
- QARA GÖBƏLƏYİN ƏLAMƏTLƏRİ NƏDİR?
- Üzün şişməsi və qara ləkələr xəstəliyin əsas əlamətlərindəndir. Bəzi mənbələr gözlərin qaralması və ya rənginin dəyişməsi, bulanıq və ya ikiqat görmə, sinə ağrısının da simptomlar ola biləcəyini bildirir.
- QARA GÖBƏLƏYİN MÜALİCƏSİ NƏDİR?
- Sürətlə yayılan ölümcül bir göbələk xəstəliyi olan qara göbələk infeksiyası ilk növbədə şübhə əsasında xəstəxanada nəzarət altına alınmalıdır. Diaqnozdan dərhal sonra müalicəyə başlamaq lazımdır. Erkən diaqnoz çox vacibdir. İlk növbədə, əsas xəstəliyə nəzarət etmək vacibdir. Əməliyyatla xəstəlikdən qurtulma ehtimalı yüksəkdir.
- QARA GÖBƏLƏK XƏSTƏLİYİ NECƏ KEÇİR?
- Qara göbələk insandan insana keçmir, lakin bu kif havada və ya ətraf mühitdə göbələk sporları vasitəsilə yayıla bilər. Mütəxəssislər insan orqanizmində çoxlu bakteriya və göbələklərin olduğunu, lakin onların immun sistemi sayəsində nəzarətdə saxlanıldığını söyləyirlər.
Tərcümə etdi: Könül Oruc