Xəstəliklər
Hamiləlik zamanı dölün inkişafdan geri qalması nə dərəcədə təhlükəlidir?
Xəstəliklər
448

Hamiləlik zamanı dölün inkişafdan geri qalması nə dərəcədə təhlükəlidir?

Çəkidə baş verən kiçik dəyişikliklər böyüklərin sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir etmirsə, körpələr üçün bədən çəkisinin hər qramı vacibdir.

Bu sözləri E-saglam.az-a açıqlamasında cərrah-ginekoloq Kamran Məmmədov bildirib.

Onun sözlərinə görə, bədən çəkisi az olan körpələr (2500 qramdan aşağı) xəstəliklərə daha çox meyllidirlər: "İnkişafda olan fərqlər yalnız 9-10 yaşda silinir, bəzən isə yetkinlik dövründə özünü göstərir.

Buna görə də, dölün normal qaydada inkişaf edib-etməməsinə diqqət yetirmək vacibdir".

Dölün inkişafını dayandıran bir neçə amil var:
- siqaret çəkilməsi
- spirtli içki qəbulu
- xromosom anomaliyaları
- infeksiyalar
- plasenta funksiyasının pozulması
- qan laxtalanma faktorlarının pozulması
- yüksək və ya aşağı qan təzyiqi
- hamiləliyin ikinci yarısında toksikoz
- diabet. 

Körpənin inkişafını izləmək üçün klinikamızda mövcud olan ultrasəs müayinəsi həyata keçirilir. İxtisaslı mütəxəssis patologiyaların mövcud olub-olmamasını müəyyən edib vaxtında müalicə təyin edəcək.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun