Yandex watch
DNT-miz taleyimizi müəyyənləşdirirmi?

Alimlər genetik miras və mühit arasındakı əlaqənin insanın inkişafında mühüm rol oynadığını vurğulayırlar. Uşaqlıqda yaşanan erkən stress yetkinlik dövründə depressiya və narahatlıq riskini artırır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, 1943-1947-ci illərdə Hollandiyada aclıq dövründə doğulan 2000-dən çox uşağın doğum qeydləri araşdırılıb. Nəticələr göstərib ki, dölün əsas orqan sistemləri formalaşan ilk trimestrdə qida çatışmazlığı ürək-damar xəstəlikləri, 2-ci tip diabet və böyrək xəstəliklərinin riskini artırır.

Aclığa məruz qalan qadınlarda piylənmə, döş xərçəngi və ölüm riski artıb. Həmçinin, doğuşdan əvvəl qida çatışmazlığı sonrakı dövrlərdə depressiya və narahatlıq əlamətləri ilə əlaqələndirilib.

Araşdırmalar siqaret çəkmənin epigenetik dəyişikliklərə səbəb olduğunu, bu təsirin xüsusilə siqaret çəkənlərdə daha güclü müşahidə edildiyini göstərib.

Uşaqlıqda travma yaşayan insanların psixoloji pozğunluqlara daha həssas olduğu aşkarlanıb. Stress həmçinin yetkinlik dövründə iltihabi xəstəliklərin inkişafına səbəb ola bilər. Məsələn, aşağı sosial-iqtisadi şəraitdə böyüyən yaşlı qadınlarda CRP səviyyəsi daha yüksək olub, bu da iltihabi xəstəliklər riskini artırır.

Araşdırmalar göstərir ki, uşaqlıqda yoxsulluq yaşamış insanlar böyüklükdə daha yüksək stress hormonları və iltihab səviyyələrinə malik olurlar.

Tərcümə: Könül Oruc

E-saglam.az