Münasibətlər
Zorakılıq genlərimizdə nəsillər boyu iz buraxır
Münasibətlər
247

Zorakılıq genlərimizdə nəsillər boyu iz buraxır ARAŞDIRMA

Zorakılıq və travmanın insan genetikasına təsirlərini araşdıran yeni bir tədqiqat, travmanın bioloji izlərinin yalnız məruz qalan fərdlərlə məhdudlaşmadığını, eyni zamanda sonrakı nəsillərə də keçə biləcəyini ortaya qoymuşdur. Beynəlxalq tədqiqat qrupu tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, ailəsində zorakılıq və travma keçmiş insanlar, bu hadisələrə birbaşa məruz qalmasalar belə, narahatlıq və depressiya kimi ruhi xəstəliklərə daha çox meylli ola bilərlər.

E-saglam.az- ın məlumatına görə alimlər, 1982-ci ildə Suriyanın Həma şəhərindəki mühasirə və qırğın zamanı və 2011-ci ildəki silahlı qiyam zamanı anaları hamilə olan üç nəsildən ibarət 48 ailəni araşdırmışlar. Hal-hazırda İordaniyada yaşayan bu ailələrdən 131 nəfərdən götürülmüş bukkal hüceyrə nümunələri təhlil edilərək epigenetik dəyişikliklər araşdırılmışdır.

Epigenetik dəyişikliklər, DNT ardıcıllığında dəyişiklik olmadan, genlərin fəaliyyətinə təsir edən kimyəvi modifikasiyalar kimi müəyyən edilir.

Genetik dəyişikliklər üç nəsil boyu davam etdi

Araşdırmada, nəzarət qrupu olaraq 1980-ci ildən əvvəl Suriyanı tərk etmiş ailələrdən istifadə edilib. Həma hadisələrini yaşamış nənələrin nəslindən olan fərdlərdə 14 fərqli gen bölgəsində şiddətə bağlı dəyişikliklər aşkar edilib. Bu dəyişikliklərin səkkizi üçüncü nəsilə, nəvələrə keçmişdir. Üçüncü nəsil fərdləri zorakılığa birbaşa məruz qalmasalar da, bu dəyişiklikləri genetik olaraq miras almışlar.

Tədqiqatçılar həmçinin bu fərdlərdə epigenetik qocalmanın sürətləndiyinə dair sübutlar tapmışlar. Bu vəziyyətin, yaşla əlaqəli xəstəliklərin riskini artıra biləcəyi bildirilir.

Suriya vətəndaş müharibəsi qurbanlarında zorakılıqla əlaqəli 21 fərqli gen bölgəsində epigenetik dəyişikliklər müşahidə olunub.

Zorakılığın təsiri nəsillər boyu davam edə bilər

Araşdırmaya rəhbərlik edən Florida Universitetinin antropoloqu Connie Mulligan, "Bu ailələr öz təcrübələrinin eşidilməsini istəyirlər. Onlar öz təcrübələrini bölüşmək istəyirlər" dedi. Tədqiqatçılar qeyd edirlər ki, bu tapıntılar təkcə müharibə və münaqişə mühitləri ilə məhdudlaşmır, həm də məişət zorakılığı, cinsi zorakılıq və silahlı hücumlar kimi bir çox müxtəlif zorakılıq növləri ilə əlaqələndirilə bilər.

Mulligan, "Travma və zorakılığın gələcək nəsillərə təsir göstərə biləcəyi fikri insanları daha empatik olmağa təşviq etməli və siyasətçilərə bu məsələlərə daha çox diqqət yetirməyə kömək etməlidir" ifadələrini istifadə edib.

Araşdırmanın nəticələri Scientific Reports jurnalında dərc olunub.

Tərcümə : Zəhra Niftiyeva 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun