Faydalı
Qaraciyər dostu, ürək qoruyucusu,
Faydalı
154

Qaraciyər dostu, ürək qoruyucusu, diabet döyüşçüsü

Son elmi araşdırmalar göstərir ki, gündəlik çiyələk istehlakı kardiometabolik sağlamlığın qorunmasında əhəmiyyətli rol oynaya bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu şirin və faydalı meyvə xolesterin səviyyəsini aşağı salmaq, iltihabı azaltmaq və insulin müqavimətini yaxşılaşdırmaq baxımından effektiv təsir göstərir. Bu isə 2-ci tip diabet və ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.

2023-cü ildə aparılan araşdırmalara əsasən, çiyələk istehlakı LDL (pis xolesterin) səviyyəsini azaldır, damar sağlamlığını dəstəkləyir və insulin həssaslığını artırır. Alimlər qeyd edirlər ki, çiyələk kimi meyvələrin müntəzəm qəbulu həm diabetin, həm də yağlı qaraciyər kimi xroniki xəstəliklərin yaranma riskini azalda bilər.

İllinoys Texnologiya İnstitutunun professoru Britt Burton-Freeman bildirib ki, “Qlobal Xəstəlik Yükü” araşdırması zamanı məlum olub: az miqdarda meyvə istehlakı dünyada ürək-damar və şəkərli diabet xəstəlikləri üçün əsas risk faktorudur. Onun sözlərinə görə, “Hətta gündəlik qidalanma rejiminə sadəcə bir stəkan giləmeyvə əlavə etmək belə sağlamlıq üçün ciddi faydalar verə bilər”.

2024-cü ildə Kaliforniya Universitetində aparılan araşdırmada da çiyələklərin lipid mübadiləsini tənzimlədiyi və ürək xəstəliyi riski yüksək olan şəxslərdə sistemik iltihabı azaltdığı qeyd edilib. Tədqiqat rəhbəri Dr. Roberta Holt bildirib: “Çiyələk fitonutrientlərlə zəngindir. Bu maddələr həm xolesterini aşağı salır, həm də ürək xəstəliklərinin əsas səbəblərindən biri olan iltihablanmanı azaldır”.

Dietoloq Tobi Amidor isə çiyələyi sağlam qəlyanaltı kimi tövsiyə edir. Onun sözlərinə görə, çiyələk C vitamini, lif və antioksidantlarla zəngindir, smuzi, qatıq, salatlara əlavə olunaraq və ya təkbaşına rahatlıqla istifadə oluna bilər.

Gündə neçə çiyələk yemək lazımdır?

Mütəxəssislər gündə 1-4 stəkan çiyələk istehlakının kardiometabolik sağlamlıq üçün ideal miqdar olduğunu bildirirlər. Həm ləzzətli, həm də sağlam olan bu meyvə ilə gündəlik sadə bir vərdiş, uzunmüddətli böyük faydalar gətirə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun