Londonda yaşayan məsləhətçi psixiatr Dr. Cəlil Məhəmməd psixopatiyanın ən ümumi xüsusiyyətlərini - tibbdə antisosial şəxsiyyət pozğunluğu (ASPD) kimi tanınan vəziyyəti açıqlayıb.
E-saglam.az həmin xüsusiyyətləri izah edir.
Xroniki yalan. Mütəxəssis izah edir ki, psixopat “öz ehtiyaclarına uyğun olaraq bütün reallıqları” yaratmağa qadirdir. O, cazibə və inamla yalan danışa bilər, ona güvənirsən.
Empatiyanın olmaması. Bu simptom, digər insanların hisslərini başa düşmək qabiliyyətinin olmaması olaraq görülən psixopatiyanın əsas xüsusiyyətlərindən biri hesab olunur. Buna görə də psixopatlar adətən soyuq və başqalarının əzablarına laqeyd yanaşırlar. Etibar qazanmaq üçün hətta bu emosiyaları saxtalaşdıra bilərlər.
Səthi cazibə. Psixopatlar çox xarizmatik görünə bilər, insanları istiliyi və cazibədarlığı ilə cəlb edir. Ancaq bu, başqa bir insanın etibarını qazanmağın bir yoludur.
İmpulsivlik. Antisosial şəxsiyyət pozuntusu olan insanlar impulsivlik, ehtiyatsızlıq və tez-tez cinayətkar davranış kimi xarakter xüsusiyyətlərini nümayiş etdirə bilərlər.Əksər insanlar hərəkətləri barədə tərəddüd edə və ya iki dəfə düşünə bilsələr də, psixopatlar təhlükəli dərəcədə impulsiv ola və digər insanlar üçün riski nəzərə almadan ehtiyatsız qərarlar qəbul edə bilərlər.
Şişirilmiş özünə dəyər hissi. Cəlil Məhəmmədin sözlərinə görə, psixopatlar digər insanlardan daha yaxşı olduqlarına inana bilərlər.
Tərcümə: Könül Oruc