Çiy çuğundur faydalı vitamin və minerallarla zəngindir: xüsusilə folat (B9), C və A vitaminləri, kalium, maqnezium, dəmir və antioksidant betalainlər. O, bağırsaq hərəkətliliyini artırır, qan təzyiqini tənzimləyir və ürək-damar sisteminə müsbət təsir göstərir.
E-saglam.az xəbər verir ki, lakin çiy halda yeyildikdə müəyyən risklər da mövcuddur. Çuğundur torpaqdan nitrat və oksalat toplaya bilər, bu da böyrək və qaraciyər xəstəlikləri olan insanlar üçün təhlükəli ola bilər. Həmçinin yüksək lif və turşuluq mədə problemi olanlarda narahatlıq yarada bilər. Allergik reaksiyalar da mümkündür.
Diyetoloqlar çiy çuğunduru həftədə 2-3 dəfə 100-150 qramdan çox olmamaqla qəbul etməyi tövsiyə edirlər. Daha yaxşı mənimsənməsi üçün yağda həll olunan vitaminlərlə (bitki yağı, avokado) və C vitamini ilə zəngin qidalarla birlikdə istehlak edilməsi tövsiyə olunur.
Əvvəlcədən heç yeməmisinizsə, az miqdardan başlayın və orqanizmin reaksiyasını müşahidə edin.
Tərcümə: Könül Oruc