Sarıkök xərçəng riskini azalda bilər və bu ədviyyat da qan təzyiqini idarə etməyə kömək edir.
E-saglam.az xəbər verir ki, bu barədə "Surrey Live" məlumat yayıb.
Qeyd olunur ki, il yarım ərzində gündə iki dəfə sarıkök qəbulu yaddaşı yaxşılaşdıra, qan təzyiqini normallaşdıra və hətta iltihablanma və təhlükəli xəstəliklərin, o cümlədən xərçəngin inkişafı ehtimalını azalda bilər. Bu faydalı xüsusiyyətlər ədviyyatda olan curcumin adlı maddənin iltihab əleyhinə və antioksidant xüsusiyyətləri ilə bağlıdır. Beyin və sinir sistemi hüceyrələrini zədələnmədən və yaşlanmadan qoruyur.
Diyetoloq Nicole Hopseger əlavə edib ki, curcumin də Alzheimer xəstəliyi kimi neyrodegenerativ xəstəliklərin qarşısını almaq üçün müəyyən potensiala malikdir. Bununla belə, xəbərdarlıq edilib ki, yüksək təzyiq və həzm pozğunluğu olan insanlar yalnız həkimlə məsləhətləşdikdən sonra qida rasionuna sarıkök daxil etməlidirlər.
Tərcümə: Könül Oruc