Tibbi xəbərlər
Çin alimləri ömrü 100 ilə qədər uzada biləcək
Tibbi xəbərlər
94

Çin alimləri ömrü 100 ilə qədər uzada biləcək qaydanı açıqlayıblar

Tədqiqatçılar uzun ömür yaşamaq üçün lazım olan üç əsas amili müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, araşdırma "JAMA Network Open" jurnalında dərc olunub.

Şanxaydakı Fudan Universitetinin mütəxəssisləri 80 və daha yuxarı yaşda olan 5222 iştirakçı haqqında ətraflı məlumatları araşdırıblar. Onlardan 1454-ü 100 yaşa çatıb.

Könüllülərin həyat tərzlərini təhlil etdikdən sonra məlum olub ki, siqareti tərgitmək, müntəzəm idman etmək və müxtəlif qidalanma uzunömürlülük əldə etmək üçün ən vacib amillərdir.

Təhsilin, ailə vəziyyətinin və sonrakı həyatda spirtli içki qəbulunun gözlənilən ömür uzunluğuna əhəmiyyətli dərəcədə təsir etmədiyini söylədilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun