11 yaşlı Səid Alışov yetişməmiş sinir hüceyrələrindən yaranan xərçəngdən - neyroblastomadan əziyyət çəkir. Neyroblastoma bütün simpatik sinir sisteminin (SSS) hər bir yerində görünə bilər. Qarın boşluğunda meydana gəlir, böyrəküstü vəzlərin yuxarı hissəsində yerləşən sinir toxumasında inkişaf edir.
Səid 2017-ci ildən bu xəstəlikdən əziyyət çəkir. Təəssüf ki, uşaqda artıq metastaz yaranıb, fəsadlar sümüklərə və ağciyərlərə keçib. Uşaq iki il üç ay Azərbaycanda müalicə olunub, hazırda isə Ankarada Gülhanə xəstəxanasındadır.
“Oğlumuz 2017-ci ilin dekabrında xəstələndi. Ancaq həkimlər ona səhv diaqnoz qoydular – exinokokkoz. 2018-ci ilin avqust ayına qədər onu bu xəstəlikdən müalicə etdik. Elə həmin ilin sentyabrında uşaqda neyroblastoma olduğunu öyrəndik və həmin ilin oktyabr ayında müalicəyə başladıq. Artıq gələn ilin avqustunda oğlum tamamilə sağaldı, onda remissiya da müşahidə olundu. Mən sadəcə xoşbəxt idim. Noyabr ayında, uşağım şiddətli qripə yoluxduqdan sonra onda residiv meydana gəldi və metastazlar başladı. Və o vaxtdan bəri bu dəhşətli xəstəlikdən xilas ola bilməmişik”, - deyə uşağın anası Leyla Alışova Media.Az -a bildirib.
Onun sözlərinə görə, Səid artıq 31 kimyaterapiya kursu keçib, şüa müalicəsi planlaşdırılmışdı, amma sonra bu proses dayandırıldı.
“Bu ilin yanvar ayında Türkiyəyə yollandıq, müalicə sayəsində ağciyərlərdə böyüyən şişdən demək olar ki xilas ola bilmişik, ancaq kəllə sümüklərinin şişi qorxuducudur. Uşağın vəziyyəti ağırdır. O, bir şüşəsi 20 min manat olan bahalı “Karziba” dərmanı ilə yaşamaq şansı əldə edə bilər.
Səidin 20 şüşəyə ehtiyacı var ki, bu da 400 min manatdır. Müalicə protokoluna görə, uşağa bir ayda dörd şüşə dərman lazımdır, lakin lazım olan miqdarın olmaması səbəbindən ilk ayda yalnız ikisini, ikinci ayda dördünü, bu ay isə təəssüf ki, yenə ikisini etdirdik. Bilirsiniz, bu, çox pul tələb edir, təkbaşına həll edə bilmirik, illər ərzində əlimizdə olan hər şeyi verdik, son ümidimiz sizsiniz. Sadəcə ümidsizlik içindəyəm, bütün qayğıkeş insanlardan kömək diləyirəm, körpəmi xilas etməyimə yardım edin, 234.000 manatımız qalıb”, - deyə uşağın anası Leyla Alışova vətəndaşlara müraciət edir.
Onun sözlərinə görə, uşağın vəziyyəti pisləşir, sürətlə arıqlayır.
“Uşağa baxanda ürəyim parçalanır. Heç nə yemir, sadəcə uzanır, oğlumun sağalmasını, normal həyata qayıtmasını istəyirəm. Uşaq hər gün dözülməz əziyyət çəkir, mən isə ona necə kömək edəcəyimi bilmirəm... Xahiş edirəm onun xilasına kömək edin, məni uşağımdan ayırmayın”, - deyə dərdli ana müraciət edir.
Uşağa kömək etmək istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
+90 542 116 15 00 (ana Leyla Alışovanın Türkiyə nömrəsi)
+994 51 660 39 30 (WhatApp)
Pulu aşağıdakı kartlara köçürmək olar:
KAPITAL BANK
4169 7385 6719 9066
Leyla Alışova (ana)
ZIRAAT BANK
iBAN:TR620001000842968435365001
Alışov Sadiq (ata)
SBERBANK
4817 7602 4965 7416
Ağayeva Zülfiyə Maarif qızı.