Xəstəliklər
Uşaqlarda uzun müddət davam edən öskürəyin ağıla gəlməyən səbəbi
Xəstəliklər
507

Uşaqlarda uzun müddət davam edən öskürəyin ağıla gəlməyən səbəbi

Uşaqlarda uzun müddət davam edən öskürəyin ağıla gəlməyən səbəbi var.

E-saglam.az-a yazan həkim-pediatr Günay Rəsulova deyir ki, qastroezofagiyal reflyuks xəstəliyidir. Bu xəstəlik qidanın daimi olaraq mədədən qida borusuna, boğaza geri qayıtmasıdır ki, (hiss edilən və edilməyən ola bilər) bu qayıdış zamanı kütlə üst tənəffüs yollarına düşərək və ya üst tənəffüs yollarındakı reseptorlara vagal qıcıq verərək bronxspazma səbəb olduğu üçün uzun müddət öskürək şikayətlərinə səbəb olur.

Reflyuksu olan uşaqlarda, uzun müddət davam edən, aparılan "öskürəkəleyhinə" müalicələrə cavab verməyən öskürəklər çox narahat edir. Amma təəsüf ki, müayinədə çox vaxt bu problemə diqqət edilmir. Halbuki reflyuks uşaqlarda astma və təkrarlayan pnevmoniyaların 50 faizinin səbəbidir. Yəni vaxtında bilinib müalicə olunmasa astma səbəb ola bilər. Reflyuks həmçinin uşaqlarda ani nəfəs durması, boğulma, stridor ("timus" kimi bilinən nəfəsdə eşidilən xırıltılar) və təkrarlayan öskürəklərə səbəb olur. Övladınızın belə bir narahatlığı varsa bu problem haqqında düşünməyiniz vacibdir.

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun