Tez bişən, məşhur qəlyanaltı olan hazır əriştə sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
E-saglam.az xəbər verir ki, Memorial Sloan Kettering Xərçəng Mərkəzindən Dr. Tim Tiutan bildirib ki, duzlu pəhrizlər mədə selikli qişasını zəiflədərək H. pylori bakteriyasının inkişafına şərait yaradır və bu da mədə xərçəngi riskini artırır.
“Həddindən artıq duz qəbulu mədə xərçəngi riskini 55%, H. pylori infeksiyası varsa isə bu riski ikiqat artırır,” – deyə mütəxəssis xəbərdarlıq edib.
Hazır əriştə, sosiska, salam və konserv qidalar – duz tərkibi yüksək olan bu məhsullar həm xərçəng, həm də ürək-damar xəstəlikləri üçün risk yaradır. Mütəxəssislər gündə maksimum 6 qram duz qəbul edilməsini tövsiyə edirlər.
H. pylori bakteriyası dünya əhalisinin 40%-də mövcuddur və mədə xorası, həzmsizlik kimi problemlərə səbəb ola bilər. Xəstəlik çox zaman gec mərhələdə aşkarlanır və bu da sağ qalma ehtimalını azaldır.
Dr. Tiutan əlavə edir ki, bu qorxutmaq üçün deyil: "Kiçik pəhriz dəyişiklikləri ilə riskləri azaltmaq mümkündür".
Tərcümə: Könül Oruc