İngiltərədə 2 uşaq anası qadın həyat yoldaşının ona xəyanətini evdəki ağıllı diş fırçası sayəsində öyrənib.
E-saglam.az xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən hadisə barədə məlumatı şəxsi detektiv Paul Cons sosial şəbəkələrdə paylaşıb.
O bildirib ki, qadının niyyəti əslində uşaqlarının diş fırçalama vərdişlərini izləmək olub.
Detektiv söyləyib ki, valideyn bunun üçün elektron diş fırçasının mobil proqramından istifadə edib.
Lakin qadın zaman keçdikcə fırçanın gün ərzində gözlənilməz vaxtlarda istifadə edildiyini müşahidə edib.
Cihazın məlumatlarına görə, diş fırçası ərinin işdə olması lazım olan saatlarda istifadə edilib.
Bu saatlarda övladlarının məktəbdə olduğunu təsdiqləyən qadın ərindən vəziyyəti soruşub. Kişi isə həmişəki kimi işə getdiyini deyib.
Vəziyyətdən şübhələnən qadın şəxsi detektiv tutub.
Araşdırma nəticəsində məlum olub ki, kişi cümə günləri səhər işə getmək əvəzinə evdə dayanıb və onun iş yoldaşı qadın evlərinə gəlib.
"Əgər cihaz səhər saat 9-da birinin işdə olması lazım olan zaman 10:48-də diş fırçalandığını göstərirsə, bunu izah etmək çox çətindir",- deyə ekspert söyləyib.
Ölkə.az