Faydalı
Hüceyrələri yeniləyir, susuzluğu unutdurur -
Faydalı
276

Hüceyrələri yeniləyir, susuzluğu unutdurur - faydası sonsuzdur

Yay aylarının ən sevilən və təravətləndirici meyvələrindən biri olan qarpız, həm dadı ilə, həm də sağlamlığa verdiyi faydalarla seçilir. Tərkibində 92% su olan bu meyvə orqanizmi susuzluqdan qoruyur və bədəni yeniləyir.

E-saglam.az xəbər verir ki, qarpız C və A vitamini, kalium, maqnezium və B6 vitamini ilə zəngindir. Bu vitamin və minerallar immunitet sistemini gücləndirir, göz və dəri sağlamlığını qoruyur, əzələlərin və sinir sisteminin işini dəstəkləyir. Xüsusilə yayda tərləmə ilə itirilən elektrolitlərin bərpasında qarpız əvəzsizdir.

Qarpızın tərkibindəki likopen və sitrulin maddələri ürək-damar sağlamlığına müsbət təsir göstərir. Bu maddələr qan damarlarını rahatlaşdıraraq qan təzyiqini tənzimləməyə kömək edir.

İdman edənlər üçün də qarpız faydalıdır. Sitrulin amin turşusu əzələlərin bərpasını sürətləndirir və məşqdən sonra yaranan əzələ ağrılarını azaldır. Bu səbəbdən qarpız idmandan sonra təbii bir dəstəkdir.

Qarpız həm də liflə zəngindir. Bu xüsusiyyət həzm sistemini tənzimləyir, bağırsaq hərəkətlərini dəstəkləyir və qəbizlik kimi problemlərin qarşısını alır.

Antioksidant baxımından da zəngin olan qarpız hüceyrələri sərbəst radikallardan qoruyur, hüceyrələrin yenilənməsini sürətləndirir. Bu sayədə bədən daha gec yaşlanır, dəri isə daha sağlam görünür.

Qarpızın 100 qramında cəmi 30 kalori var və yağ tərkibi yoxdur. Bu səbəbdən pəhriz saxlayanlar üçün ideal meyvədir. Həm doyurur, həm də şirin istəyini sağlam şəkildə qarşılayır.

Dərinin elastikliyini artıran C vitamini sayəsində qarpız dəri və saç sağlamlığına da faydalıdır. Kollagen istehsalını dəstəkləyərək dərini canlı saxlayır. Eyni zamanda saç köklərini qidalandırır, tökülməni azaldır və saçlara parlaqlıq verir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun