Bir çox insanlar xüsusilə yayda hiperhidroz və ya həddindən artıq tərləmə ilə qarşılaşırlar.
Hiperhidrozdan (həddindən artıq tərləmə) necə xilas olmaq olar?
E-saglam.az xəbər verir ki, dermatoloq İris Gonzalez Villanueva bu narahatedici problemi aradan qaldırmaq üçün beş əsas üsul təklif edib. O, Hola dərgisinə verdiyi müsahibədə hiperhidrozun mərhələlərinə uyğun fərqli müalicə yollarını izah edib:
1. Antiperspirantlar
Villanuevanın sözlərinə görə, hiperhidrozun yüngül formalarında adi antiperspirantlar kifayət edə bilər. Xüsusilə alüminium tərkibli güclü antiperspirantlar tərləmənin qarşısını almaqda faydalıdır.
2. İontoforez
Əgər antiperspirantlar kömək etmirsə, növbəti addım olaraq iontoforez adlı aparat proseduru tövsiyə edilir. Bu üsulda dərinin səthinə zəif elektrik cərəyanları verilir və tərləmə əhəmiyyətli dərəcədə azalır.
3. Botoks inyeksiyaları
Daha ağır hallarda, Villanueva botoks inyeksiyalarını effektiv hesab edir. Botoks sinir uclarını bloklayaraq tərləmə mexanizmini müvəqqəti dayandırır. Bu üsul təhlükəsiz və geniş yayılmış hesab olunur.
4. Dərman preparatları
Həkim onu da qeyd edir ki, bəzi hallarda hiperhidroz əleyhinə dərmanlar da istifadə olunur. Bu preparatlar tər vəzilərinin fəaliyyətini azaldır və adətən yaxşı tolere olunur, yəni əks təsirləri azdır.
5. Cərrahi müdaxilə
Əgər yuxarıdakı bütün üsullar səmərə verməzsə, son çıxış yolu kimi cərrahi əməliyyat düşünülə bilər. Bu zaman tər vəziləri çıxarılır və ya onları idarə edən sinirlər kəsilir. Amma Villanueva əməliyyatı son dərəcə hal hesab edir və yalnız digər üsullar nəticə vermədikdə tövsiyə edir.
Tərcümə: Könül Oruc