Tibbi xəbərlər
TƏBİB rəhbərinin müavini: "Uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb"
Tibbi xəbərlər
296

TƏBİB rəhbərinin müavini: "Uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb"

"Fərqliliyi olan insanların rifahının gücləndirilməsi dövlətin əsas prioritetlərindəndir".

E-saglam.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorun müavini Anar İsrafilov Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.

O bildirib ki, son illərdə reabilitalogiya sahəsində ciddi uğurlar əldə olunub:

"Ölkəmizdə reabilitasiya xidmətlərinin effektiv və səmərəli təşkili istiqamətində əməkdaşlıq, təcrübə mübadiləsi daim dövlətin nəzarətindədir. Bu sahədə həyata keçirilən layihələrdə Heydər Əliyev Fondunun danılmaz rolu var".

A.İsrafilov bildirib ki, son illər uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb:

"Bunun təkcə tibbi yox, həm də sosial səbəbləri var. Cəmiyyətin əsas problemlərindən biri də bulinqdir. Bu mənada valideynlər övladlarına diqqətlə yanaşmalıdırlar. Əminəm ki, bu istiqamətdə qarşıya qoyulmuş hədəflərə birlikdə çatacağıq". /"Report" 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun