Tibbi xəbərlər
Şüşə kəsiyi zamanı nə etmək lazımdır?
Tibbi xəbərlər
401

Şüşə kəsiyi zamanı nə etmək lazımdır?

Tez-tez verilən suallardan biri də şüşə kəsən zaman nə etməli olduğumuzdur. Şübhəsiz ki, bədbəxt hadisələr müəyyən işi görərkən, evdə və ya işdə baş verə bilər. Şüşə kəsikləri qanaxma ilə və ya qanaxma olmadan dərin və ya səthi ola bilər. Şüşə kəsikləri bəzən sadəcə səthi cızıq ola bilər, lakin bəzən cərrahi müdaxilə tələb edəcək qədər dərin və mürəkkəb ola bilər. Bəs, şüşə kəsikləri ilə bağlı nə etmək lazımdır və kəsikləri necə müalicə etmək lazımdır? Şüşə kəsiyi üçün həkimə müraciət etmək lazımdırmı?

E-saglam.az bu yazıda bütün suallara cavab verməyə çalışacaq.

Şüşə kəsilməsinin mümkün riskləri

Şüşə kəsikləri, kəsik dərin olarsa, vətər, sinir və əzələ toxumasının yırtılmasına, kəsilməsinə səbəb ola bilər. Bunlar əməliyyat tələb edir.

Dərin şüşə kəsikləri ciddi qan itkisinə səbəb ola biləcək sıx qanaxmaya səbəb ola bilər. Venoz qanaxma özbaşına dayana bilsə də, arterial qanaxma dayandırıla bilməyən intensiv qanaxmaya səbəb ola bilər.

Əllərdə, ayaqlarda və ya digər əzalarda şüşə kəsiyi varsa, xüsusilə dərin və parçalanmış şüşə kəsiklərdə yumşaq toxumada şüşə parçaları qala bilər. Şüşə kəsiklərində şüşə parçasının qaldığından şübhələnirsinizsə, müdaxilə edilməli və müvafiq şüşə parçası çıxarılmalıdır.

Dərin kəsiklərdə iltihablanma riski var. Xüsusilə çirklənmiş şüşə parçalarına məruz qalırsa və ya kəsik yeri çirklidirsə, infeksiya riski səbəbindən adətən antibiotiklərə başlamaq lazımdır. Əks halda, yara yeri yoluxmuş ola bilər və sonradan ətrafdakı toxumalara yayıla bilər.

İstənilən şüşə kəsilməsində tetanoz riski ola bilər. Şüşə səthlərdə görünən və ya görünməyən çirklənmə, toz və torpaq çirklənməsi ola bilər. Əgər son 5 ildə tetanoz peyvəndi olduğunuzu xatırlamırsınızsa, mütləq peyvənd olunmalısınız. Tetanoz xəstəliyi (Clostridium Tetani bakteriyasının törətdiyi) laqeyd edilməməli və son dərəcə ölümcül ola biləcək bir vəziyyətdir və peyvənd mütləqdir.

Evdə şüşə kəsilməsinə müdaxilə

Şüşə kəsiyi baş verdikdə, kəsilmənin səthi və ya dərin olmasını bilmək vacibdir. Dərin kəsiklər tikiş tələb edə bilər. Bundan əlavə, kəsilən yerdə şüşə qaldığını hiss edirsinizsə, həkim müdaxiləsi ilə şüşə parçası çıxarılmalıdır. Kəsiyi qiymətləndirdikdən dərhal sonra təmiz bir parça və ya salfetlə təzyiq tətbiq edərək qanaxmanı dayandırmaq lazım ola bilər. Nəhayət, yaxşıca sarımaqla yaranın açılmasının qarşısını almalısınız.

Evdə təcili yardım dəsti varsa, yaranı sarğı materialları və batikon ilə təmizləyib sarğı ilə bağlaya bilərsiniz. Sızma şəklində qanaxma adətən venoz mənşəlidir və təzyiqlə dayandırıla bilər. Pulsatil ritmdə qanaxma arterial mənşəlidir və onu dayandırmaq çətindir və təcili cərrahi müdaxilə tələb edir. Bu vəziyyətdə dərhal təcili yardım çağırmalı və ya ən yaxın tibb müəssisəsinə müraciət etməlisiniz. Bu dövrdə qanaxmanı dayandırmaq üçün müvafiq nahiyəyə sıx təzyiq tətbiq etməlisiniz.

Hansı hallarda xəstəxanaya getməlisiniz?

Yuxarıda şüşə kəsiyi riskləri haqqında danışdıq. Sadə müdaxilə ilə həll edilə bilməyən və xüsusi müalicə tələb edən bütün hallarda xəstəxanaya müraciət etmək lazımdır.

Aşağıdakı hallarda həkimə müraciət etmək lazımdır:

Dərin kəsiklər və tikiş tələb edən ciddi kəsiklər,

Güclü və dayanmayan qanaxma,

Əgər tetanoz peyvəndi yoxdursa, peyvənd edilməlidir.

Şüşə qırıqlarının qalma ehtimalı varsa,

Hərəkət itkisi, hissiyat itkisi, soyuq temperatur hissi itkisi kimi hallarda, sinir, tendon və əzələ kəsikləri ola bilər,

Yara sahəsi çirkli görünürsə.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun