Diyetoloq Marqarita deyib ki, şirin çiyələyi seçmək üsullarından biri onun qoxusunu qiymətləndirməkdir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, şirin və dadlı çiyələklər parlaq, xarakterik bir aromaya sahib olmalıdır. Gövdəsi əgər solmuşsa, onda belə bir giləmeyvə belə almamalısınız, çünki o, artıq şirinliyini itirmişdir. Bundan əlavə, çiyələk quru, hamar və möhkəm olmalıdır.
Əgər giləmeyvə çəki ilə deyil, qablaşdırmada satılırsa, o zaman onların hamısı eyni ölçüdə və formada olmalıdır. Bir kiloqrama qədər kiçik qablarda çiyələk almaq daha yaxşıdır, çünki böyük qutularda onlar əzilə bilər.
Həmçinin çürük giləmeyvə olub-olmadığını yoxlamaq üçün qablaşdırmanın altını yoxlamaq lazımdır.
Tərcümə: Könül Oruc