Sağlamlıq
30 yaşında etməli olduğunuz 4 vərdiş:
Sağlamlıq
145

30 yaşında etməli olduğunuz 4 vərdiş: Qocalmanı yavaşladır

Qocalmaq təbii bir proses olsa da, onu necə keçdiyimiz bizim seçimlərimizdən asılıdır.

E-saglam.az xəbər verir ki, 30 yaşdan sonra maddələr mübadiləsi zəifləyir, kollagen səviyyəsi azalır, enerji isə tədricən düşməyə başlayır.

Lakin bəzi sadə, lakin güclü vərdişlərlə qocalma əlamətlərini yavaşlatmaq mümkündür. Budur, 30 yaşdan sonra mütləq başlamalı olduğunuz 4 əsas vərdiş:

1. Nəfəs məşqləri və qaçış

Dərin və nəzarətli nəfəs məşqləri bədənə daha çox oksigen çatdırır, stressi azaldır, yuxunu yaxşılaşdırır və hüceyrələrin yenilənməsinə kömək edir.

Buna qaçış və digər yüksək intensivlikli məşqləri əlavə etdikdə, ürək-damar sistemi güclənir, böyümə hormonları artır, bədən daha dözümlü və enerjili olur.

2. Çəki təlimi (güc məşqləri)

30 yaşdan sonra əzələ kütləsi azalmağa başlayır, bu da maddələr mübadiləsini zəiflədir. Çəki qaldırmaq hormon səviyyələrini qoruyur, sümükləri gücləndirir, bədənin formasını saxlayır.

Güc məşqləri həmçinin iltihabı azaldır, insulin həssaslığını artırır və daha gənc görünməyə kömək edir.

3. Aralıq oruc (intermittent fasting)

Gündə 14-16 saat ərzində yeməkdən imtina etməklə bədəndə otofagiya prosesi başlayır – bu, zədələnmiş hüceyrələrin təmizlənməsi və yenilərinin yaranması deməkdir.

Aralıq oruc:

İnsulin səviyyəsini aşağı salır

Oksidləşdirici stresi azaldır

Zehni aydınlıq verir

Hüceyrə təmirini sürətləndirir

4. İsti və soyuq təsirlərlə bədəni gücləndirmək

Bədəni mütəmadi olaraq istiyə və soyuğa məruz qoymaq sağlamlıq üçün çox faydalıdır.

Soyuq duşlar və buz vannaları: Qan dövranını yaxşılaşdırır, limfa sistemini aktivləşdirir, qəhvəyi yağ yandırılmasını artırır.

Günəş vannaları və sauna: Dərinin təmizlənməsinə, əzələlərin rahatlamasına və ürək sağlamlığına dəstək olur.

Bu şəraitlərdə yaranan hormetik stress bədəni uyğunlaşmağa məcbur edir və bu da qocalmanı yavaşlatır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun